Yevlaxda vətəndaşların problemləri dinlənəcək.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına əsasən, nazir general-polkovnik Vilayət Eyvazov sentyabrın 19-u Yevlaxa səfər edəcək. O, Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar və Mingəçevir sakinlərinin qəbulunu keçirəcək.
Görüşə qatılmaq istəyən vətəndaşlar sentyabrın 18-dək yaşadıqları ərazinin polis orqanına və ya DİN-in mia.gov.az saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.