Tovuzda qadını avtomobil vuraraq öldürüb.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Səhər saatlarında yolu qarşı tərəfə keçmək istəyən qadını mağazalara çörək paylayan avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.