top
Çoban arvadı ilə birgə onlara yemək gətirən qonşusunu bıçaqladı
11 fevral 2026, 12:16
- +

Çoban arvadı ilə birgə onlara yemək gətirən qonşusunu bıçaqladı

Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Tahir Həsənov və onun qeyri-rəsmi arvadı olan Turanə Rüstəmovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Gencexeber.az-ın məlumatına görə, Tahir Həsənov 2022-ci ilin aprel ayından etibarən ər-arvad münasibətində yaşadığı Turanə Rüstəmova ilə birlikdə əvvəlcə Ağstafa rayonunun Ceyrançöl ərazisində, daha sonra Goranboy rayonunun Alpout kəndinin "Kərpicli" adlanan ərazidə yerləşən fermalarda çoban kimi işləyib.

İş materiallarından məlum olub ki, Tahir Həsənov həmin fermaların işlərini idarə edən və tez-tez fermaya gəlib-gedən qonşuları zərərçəkmiş Vasif Səmədovla Turanənin fermada intim münasibətdə olmasından şübhələnib. Elə bu məsələ ilə bağlı aralarında baş vermiş söhbət zamanı Turanə Vasiflə münasibətdə olduğunu etiraf edib və azyaşlı övladlarını götürərək birgə yaşadıqları ünvandan gedəcəyini bildirib. Ailəsinin dağılacağı və azyaşlı övladından məhrum olacağı düşüncəsi ilə hərəkət edən Tahir hadisədə Zakiri günahkar bilib və onu cəzalandırmaq istəyib.

Bu məqsədlə Tahir 2023-cü ilin aprelin 4-də Goranboy rayonunda yerləşən fermada nahar yeməyi gətirmiş Zakir Bədəlovu bıçaqlayıb. Bundan sonra azyaşlı övladının ağlaması səbəbindən Turanə onu bayıra çıxarıb. Həmin vaxt Tahir qapını arxadan bağlayaraq Zakirə yenidən xəsarət yetirməyə cəhd edib. Zakir Tahirin əlindəki bıçağın birini alaraq özünü qorumağa çalışıb. Tahirin qışqırıq səslərinə içəri girən Turanə hadisəyə qoşularaq Zakirin müqavimətini qırmaq üçün ona zərbələr endirib. Zərbələrin təsirindən müqaviməti qırılan Zakir çarpayının üzərinə yıxıldıqdan sonra Tahir və Turanə birlikdə, əllərindəki kəsici-deşici alətlərlə zərərçəkmiş şəxsin bədənin digər hissələrinə çoxsaylı zərbələr vurublar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Həsənov 9 il, Turanə Rüstəmova isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb, məhkumların apellyasiya şikayətləri, habelə dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib.

Bundan sonra Turanə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, ona daha yüngül cəza təyin olunmasını və ya Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, uşağı on dörd yaşına çatanadək cəzasının çəkilməsinin təxirə salınması barədə qərar qəbul edilməsini xahiş edib. Ali Məhkəmə kassasiya şikayətini qəbul etməyib. Qeyd edək ki, adlar şərti verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
21 sentyabr 2026, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Oxşar xəbərlər