Bu gün Gəncə təmsilçisinin azarkeş qrupu olan “Kəpəz Ultras”ın doğum günüdür. Bu barədə 15 avqust tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” futbol klubu illərdir dəstəyini əsirgəməyən fan bazasına təşəkkürünü bildirib. Buna səbəb “Kəpəz Ultras”ın 10 illik yubileyi olub.
“Təbriklər, "Kəpəz Ultras"!
Bu gün komandamızın çılğın azarkeş qrupu - "Kəpəz Ultras"ın yaradılmasından 10 il ötür. Azarkeş birliyi fəaliyyətə başladığı gündən divizion, elita fərqi qoymadan "Kəpəz"in ev və səfər oyunlarda tribunadan daim dəstək verib. Pis və yaxşı günlərimizdə yanımızda olub.
Klubumuzun kollektivi "Kəpəz Ultras"ı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır.
Birlikdə zirvəyə doğru!”, – deyə "Kəpəz" Peşəkar Futbol Klubunun rəsmi facebook səhifəsində qeyd edilib.