top
Bu gün Milli Musiqi Günüdür
18 sentyabr 2024, 09:01
- +

Bu gün Milli Musiqi Günüdür

 

Hər il 18 sentyabr Azərbaycanda “Milli Musiqi Günü” kimi qeyd olunur. Bu bayram Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. 1995-ci ildən, bəstəkarın anadan olmasının 110 illik yubileyi ilə əlaqədar həmin günün “Milli Musiqi Günü” kimi qeyd olunmasına başlanıb.

Üzeyir Hacıbəyovun ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Bəstəkar və dirijor Niyazi, əmisi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyri-rəsmi qeyd edərmiş. Hər il 18 sentyabr tarixində Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyi ilə bəstəkarın əsərlərini ifa edərdi.

XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşanan siyasi hadisələrə görə bu ənənə bir müddət unuduldu. Lakin ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1995-ci ildən bu bayram rəsmi şəkildə bərpa olundu.

Milli Musiqi Günü ilə əlaqədar hər il sentyabr ayında Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı və başqa tədbirlər keçirilir.

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub. O, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisidir. Üzeyir bəy 1908-ci ilin yanvarında tamaşaya qoyulmuş ilk Azərbaycan operası “Leyli və Məcnun”un müəllifidir. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır.

Üzeyir Hacıbəyov 23 noyabr 1948-ci ildə 63 yaşında ürək çatışmazlığından Bakıda vəfat edib. Bəstəkar I Fəxri Xiyabanda dəfn olunub

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:05

Gəncədə uşaq parkları təhlükə meydançalarına çevrilib

Bütün xəbərlər
Bu gün, 12:07

3 tondan artıq çətənə kolu məhv edilib

Bütün xəbərlər
Bu gün, 11:05

Parlamentarilər məzuniyyətə çıxır: Gəncənin deputatı hara gedəcək?

Bütün xəbərlər
Bu gün, 10:32

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başladı

Bütün xəbərlər
Bu gün, 09:36

Ötən həftə 12 nəfərin meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 17:00

Gəncədə xəstəxanada kişini döydü, üzərində narkotik tapıldı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 13:00

"Bacımın yemək bişirdiyini başa düşdü və əxlaqsız danışdı, yumruq vurdum" - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 00:00

Tovuz döyüşlərindən 6 il ötür

Bütün xəbərlər
11 iyul 2026, 16:25

Gəncədə vəfat edən görkəmli şairin anım günüdür

Bütün xəbərlər
11 iyul 2026, 13:48

Gəncədə sabah da 38 dərəcə isti olacaq

Bütün xəbərlər
11 iyul 2026, 13:11

Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar

Bütün xəbərlər
11 iyul 2026, 12:18

İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi

Bütün xəbərlər
11 iyul 2026, 10:46

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
11 iyul 2026, 09:37

Maşınlar toqquşdu, biri yeniyetmə olmaqla 3 nəfər yaralandı

Bütün xəbərlər
10 iyul 2026, 18:00

Elektron siqaretlərlə bağlı daha bir qadağa

Bütün xəbərlər
10 iyul 2026, 17:21

Gəncədə 72 ailənin yaşadığı bina çirkab sularına qərq olub

Bütün xəbərlər
10 iyul 2026, 15:28

"Xanımın dükanı" dördyolunda asfalt çəkilir

Bütün xəbərlər
10 iyul 2026, 15:05

Gəncədə sabah 40 dərəcəyə yaxın isti olacaq

Bütün xəbərlər
10 iyul 2026, 14:08

Mopedlərə rüsumlar müəyyənləşir

Bütün xəbərlər
10 iyul 2026, 13:04

Bu məhsullar gömrük rüsumundan azad edilir

Bütün xəbərlər
10 iyul 2026, 10:40

Avropadan qayıdan cüdoçumuz təmtəraqla qarşılandı

Bütün xəbərlər
09 iyul 2026, 16:47

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

Bütün xəbərlər
09 iyul 2026, 16:17

Portuqaliyalı futbolçu "Kəpəz"ə qayıtdı

Bütün xəbərlər
09 iyul 2026, 15:46

198 min litr pivəni qeydiyyatsız istehsal etdilər

Oxşar xəbərlər