Martın 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Qazax, Ağstafa və Tovuzda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.