top
Bayrağımıza canı bahasına sahib çıxan qəhrəmanımızın doğum günüdür
02 yanvar 2026, 12:08
- ↺ +

Bayrağımıza canı bahasına sahib çıxan qəhrəmanımızın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2 yanvar Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür.

Gencexeber.az məlumat verir ki, Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə gedib.

1992-ci ilin mart ayının əvvəllərində "Qarabağ şahinləri" batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. "Şahinlər" qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. 

Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən "yararlanmaq" qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.

"Təslim olmasaz, əsirləri güllələyəcəyik" şərtinə kilsədən təkcə Natiq Qasımov əlində üçrəngli Azərbaycan bayrağı ilə çıxanda düşmən çaşbaş qalıb.  Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olmuşdular. Natiq Qasımov əsir düşməklə, özünü fəda etməklə 21 Azərbaycan vətəndaşını xilas edib. O gündən barəsində ən müxtəlif məlumatlar olsa da, sonrakı taleyi haqda hələ ki, dəqiq məlumat yoxdur.

1992-ci ilin aprel ayında SSRİ-nin ən populyar dərgilərindən olan "Oqonyok" jurnalında italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi foto çap olunur. Fotoda Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub.

Natiq Qasımov haqqında Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən "Oğul" sənədli filmi çəkilib.

2024-cü il iyunun 25-də Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı Ali Baş Komandan İlham Əliyev sərəncam imzalayıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
Dünən, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
Dünən, 16:45

"Gəncə"nin beş oyunçusu liftdə xəsarət aldı

Bütün xəbərlər
Dünən, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Dünən, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Dünən, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Dünən, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Dünən, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Dünən, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
07 oktyabr 2026, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
07 oktyabr 2026, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
07 oktyabr 2026, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
07 oktyabr 2026, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
07 oktyabr 2026, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
07 oktyabr 2026, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Oxşar xəbərlər