Gəncə şəhərində köməksiz qalan bir nəfərə kömək edilib. Bu haqda 12 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Şəhər ərazisində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Regional Mərkəzin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.