Gəncədə hərrac təşkil ediləcək. Bu barədə məlumatı 14 avqust tarixində Report-a istinadən veririk.
Avqustun 29-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin daşınmaz əmlakının satış prosesi keçiriləcək.
Söhbət “AGBank”a məxsus Seyid Əzim Şirvani küçəsindəki dəyəri 200 min manat olan 312,4 kvadratmetrlik fərdi yaşayış evindən gedir.