top
Azərbaycanın ilk Baş prokurorunun müəmmalı ölümündən 34 il ötür
20 noyabr 2025, 10:16
- ↺ +

Azərbaycanın ilk Baş prokurorunun müəmmalı ölümündən 34 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1990-cı illərdə təzyiqlərə baxmayaraq, Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbov ermənilərə qarşı mövqeyini açıq bildirib. 

Gencexeber.az məlumat verir ki, o, 1991-ci ildə verdiyi son müsahibədə ermənilərin cinayətlərinin sovet rəhbərliyi tərəfindən cəzasız qalmasına etiraz edib, bu əməlləri "biabırçılıq" adlandırıb. Qayıbov 20 Yanvar faciəsini "Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırıb və bildirib ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxıblar".

18 noyabr 1991-ci ildə Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Respublika rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edib. Buna səbəb həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Telefon zəngindən sonra Bakıda siyahı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda nüfuza malik şəxslərin, o cümlədən İsmət Qayıbovun bu siyahıda yer alması üçün xüsusilə israr edir. Siyahıya keçmiş SSRİ-nin dövlət xadimi Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl onun adı siyahıdan çıxarılır.

Siyahıya daxil olan 22 nəfər Ağdama uçaraq Xocavəndin ermənilər tərəfindən yandırılmış kəndinin sakinləri ilə görüş keçirir və hadisə yerinə getmək qərara alınır. 20 noyabr 1991-ci ildə Ağdam uçuş zolağından Mİ-8 tipli iki helikopterin uçması planlaşdırılır. Lakin dövlət məmurlarının mindiyi vertolyot müşayiət olunmadan, təhlükəsizliyi təmin edilmədən havaya qalxır. Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu saat 14:42-də vurulur. Vertolyotda olan 22 nəfər dövlət məmuru, o cümlədən İsmət Qayıbov həlak olurlar.

Qəzanın səbəbi olaraq helikopterin hava şəraiti ilə bağlı qayaya çırpılması göstərilsə də, sonradan ekspertiza nəticəsində onun vurulma faktı təsdiqlənib. Bəzi dəlillərə əsasən, vertolyotun içərisində yanğın baş verməzdən əvvəl atışma olub. Vurulmuş helikopterin "qara qutusu" Azərbaycan hakimiyyəti tərəfindən Moskvaya təhvil verilib və tezliklə onun yandığı elan edilib. Həmin il bu faktla bağlı Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılsa da, sonradan istintaq dayandırılıb.

Qeyd edək ki, İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Orta təhsilini Gəncə şəhər 1 saylı Maksim Qorki adına məktəbdə alıb. Hazırda Gəncədə 1 nömrəli tam orta məktəb İsmət Qayıbovun adını daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Oxşar xəbərlər