top
Azərbaycanın ən gənc qadın alimi GDU məzunudur
11 fevral 2026, 16:31
- +

Azərbaycanın ən gənc qadın alimi GDU məzunudur

Azərbaycanın qərb bölgəsində - Naftalanda doğulub, burada tədrisi Azərbaycan dilində aparılan yeganə məktəbdə - İ.Nəsimi adına Naftalan şəhər 1 nömrəli tam orta məktəbdə oxuyub. Gəncə Dövlət Universitetində "Kimya müəllimliyi" ixtisasını bitirib və cəmi bir neçə ildən sonra Azərbaycanın ən gənc qadın alimi adını qazanıb.

"Azərbaycan müəllimi"nin budəfəki qəhrəmanı Azərbaycanın ən gənc qadın alimi - kimya üzrə fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi Günay Heydərlidir.

Anası həkim olmağını arzulasa da, xəyalları onu müəllimliyə gətirib. Günay Heydərli 1 il Xocalı rayon Meşəli kənd orta məktəbində dərs deyib.

Kimyanın tədrisi onda yeni suallar yaradıb və qısa müddətdə anlayıb ki, onu düşündürən suallara yalnız elmin dərinliyinə dalaraq cavab tapa bilər: "Universitet illərində də kimyanın yalnız tədrisi deyil, onun elmi dərinliyi, mexanizmləri və tətbiq istiqamətləri diqqətimi çəkirdi. Buna görə təhsilimi davam etdirərək Azərbaycan Milli Elmlər Akademiyasında "Nanomateriallar kimyası" ixtisası üzrə magistr təhsili aldım".

Qərarını 2021-ci ildə doktoranturaya qəbul olaraq reallaşdırıb: "Gərgin və məqsədyönlü elmi fəaliyyət nəticəsində elmi-tədqiqat işlərimi vaxtından əvvəl yekunlaşdıraraq 2024-cü ilin aprelində dissertasiya işimi uğurla müdafiə etdim və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 fevral 2025-ci il tarixli qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüm".

30 yaşlı Günay Heydərli cəmi bir ildir ki, elmi dərəcə alıb, amma artıq bir sıra nüfuzlu beynəlxalq və yerli jurnallarda dərc olunmuş məqalələrin, patentlərin və monoqrafiyaların müəllifidir. Hazırda rəhbəri olduğu "Ekoloji təhlükəsiz katalitik sistemdə pirolizin yan məhsulları əsasında səmərəli kimyəvi əlavələrin alınması" adlı layihə Azərbaycan Elm Fondunun "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş Əsas Qrant Müsabiqəsinin qalibi olub. 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının "İlin gənc alimi" diplomuna layiq görülüb

"Neft-Kimya Prosesləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədriyəm və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura səviyyəsində təhsil alan tələbələrə elmi rəhbərlik edirəm", - deyir.

Gələcək planları isə Azərbaycan sərhədlərini aşır: "Xaricdə elmi təcrübə və əməkdaşlıq planlarım var. Bunu hər alim üçün vacib hesab edirəm".

Amma hara getsə də, qayıdacağı yer vətəndir: "Azərbaycanda yaşamaq və elmimi burada tətbiq etmək mənim üçün prinsipial məsələdir. Hesab edirəm ki, beynəlxalq təcrübənin ölkəyə gətirilməsi və yerli elmi mühitin inkişafına töhfə verilməsi vacib və aktual məsələlərdən biridir".

.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
21 sentyabr 2026, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Oxşar xəbərlər