Basketbol üzrə kişilər arasında keçirilən Azərbaycan Kubokunun yeni sahibi müəyyənləşib.
Gencexeber.az məlumat verir ki, turnirin həlledici final qarşılaşmasında ölkənin iki iddialı klubu - "Sabah" və "Gəncə" üz-üzə gəliblər.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün sonunda daha dəqiq oynayan "Gəncə" basketbolçuları 89:82 hesablı qələbə qazanaraq kuboka sahib çıxıblar.
Bu, Gəncə təmsilçisinin ikinci kubokudur. 2023-cü ildə də komanda ölkə kubokunun qalibi olub.