Parisdə keçirilən Paralimpiya Oyunlarında daha bir azərbaycanlı uğura imza atıb.
Gencexeber.az məlumat verir ki, paraatletimiz Orxan Aslanov qızıl medal qazanıb. O, T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.29 metr nəticə göstərib.
Qeyd edək ki, bu Azərbaycan komandasının sayca 4-cü qızıl medalıdır. 2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.