UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçı sona çatıb.
Gencexeber.az məlumat verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
C Liqasının I qrupu çərçivəsində keçirilən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb. 65, 71 və 80-ci dəqiqələrdə isveçlilərin vurduğu qollara komandamız yalnız Renat Dadaşovun dəqiq zərbəsi ilə cavab verə bilib.
Matç 1-3 hesabı ilə başa çatıb.