top
Atasını öldürən oğulla bağlı qərar
29 noyabr 2024, 13:30
- ↺ +

Atasını öldürən oğulla bağlı qərar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Ali Məhkəmədə Gəncədə qətl törətməkdə təqsirləndirilən Yusif Dadaşovun barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.аz xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 2019-cu il noyabrın 15-də Gəncə şəhəri Cavadbəy Şıxlinski küçəsində baş verib. Əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Yusif Dadaşov sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovla mübahisə edib.

Mübahisə nəticəsində Yusif Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.

Mübariz Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Yusif Dadaşov saxlanılıb.

İstintaq araşdırması zamanı baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oğul fəhlə, atası isə usta işləyirmiş. Mərhum evə içkili halda gələn oğluna “sərxoşsan, get yat, sabah işə gedəcəksən” deyib. Nəticədə ata ilə oğul arasında mübahisə baş verib. Bu zaman oğul bıçaqla Mübariz Dadaşova zərbə endirib.

İstintaq orqanı tərəfindən Yusif Dadaşovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkum həmin hökmdən apellyasiya şikayəti verməyib. Bir qədər sonra Yusif Dadaşov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermək hüququndan istifadə etmək əvəzinə, 04 sentyabr 2023-cü il tarixdə yenidən hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət verib. Gəncə Ağır Cinayətlər Məhkəməsi təkrar olaraq vəsatətə baxıb və 29 noyabr 2023-cü il tarixli qərarla vəsatəti rədd edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:25

Gəncədə isti hava davam edəcək - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:14

Gəncədə qanunsuz tikintilərə qarşı MONİTORİNQ

Bütün xəbərlər
Bu gün, 10:26

Vətən müharibəsinə könüllü qatılan gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:46

Arvadını evi təmiz saxlamadığına görə döydü, CƏZALANDIRILDI

Bütün xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad olunmasından 6 il keçir

Tarix
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020: Vətən Müharibəsinin 21-ci günü

Bütün xəbərlər
Dünən, 17:00

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
Dünən, 16:03

Gəncədə səki taxta qapılarla zəbt olunur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:48

Gəncədə sabah da 31 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Dünən, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Dünən, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Dünən, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Dünən, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Dünən, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
15 oktyabr 2026, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
15 oktyabr 2026, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
15 oktyabr 2026, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
15 oktyabr 2026, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
15 oktyabr 2026, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
15 oktyabr 2026, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Oxşar xəbərlər