top
Arzum Qarabağ və Barselonada oynamaqdır - Almaniya klubunda oynayan gəncəli
14 yanvar 2026, 12:02
- +

"Arzum "Qarabağ" və "Barselona"da oynamaqdır" - Almaniya klubunda oynayan gəncəli

9 yaşlı azərbaycanlı futbolçu Rüstəm Rüstəmov Almaniyada yaşayır və məşq edir. Onun ailəsi oğlanın üç yaşı olanda Drezdenə köçüb: anası kimya sahəsində tədqiqat aparmaq üçün DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüdü qazanıb. Məhz həmin dövrdə gənc idmançı futbola maraq göstərməyə başlayıb. Rüstəm hazırda "Ludvigsfelde" klubunda çıxış edir və bu komandada öz yaş qrupunda ən yaxşı oyunçulardan biri hesab olunur. Rüstəmin böyük idman arzuları var və bu yolda ona atası - Rüfət Rüstəmov dəstək olur.

İdman.biz Rüstəm və Rüfət Rüstəmovlarla dünyanın ən güclü futbol ölkələrindən birində uşaq futbolunun necə qurulduğu barədə söhbət edib.

Uşaqlar klublara necə düşür?

Rüstəmin məşq etdiyi "Ludvigsfelde" klubu Almaniyanın beşinci liqasında çıxış edir. Rüfət Rüstəmov bildirib ki, oğlu bu kluba sınaq məşqindən sonra qəbul olunub: "O, uşaq bağçasına gedəndə mənə deyirdilər ki, onda istedad var. Biz Ludwigsfelde-yə getdik və baxışdan sonra onu komandaya götürdülər. Ludwigsfelde regional səviyyədə güclü komanda sayılır".

O qeyd edir ki, Almaniyada klublara seçim prosesi fərqli ola bilər, lakin tanınmış komandalara düşmək xüsusilə çətindir: "Almaniya futbol ölkəsidir. Burada az qala hər bir neçə evdən bir futbol meydançası var, hər kəndin öz klubu mövcuddur. Hamı futbola baxır, çoxlu uşaq bu idman növü ilə məşğul olur, buna görə də rəqabət çox yüksəkdir".

Onun sözlərinə görə, Almaniyada uşaqlar adətən 5-6 yaşından futbol oynamağa başlayırlar. İstedadlı futbolçunu məşqçi və ya skaut görə bilər və sonra onu daha yüksək səviyyəli klublara dəvət edər. "Seçim zamanı hər şey üst-üstə düşməlidir: fiziki hazırlıq, futbol intellekti və mütləq xarakter. Elə uşaqlar olur ki, yaxşı oynayır, amma uğursuzluqdan tez ruhdan düşür və ya komandada işləməyi bacarmır. Almaniyada məşqçilər güclü xarakterə malik, komanda oyununa meyilli futbolçulara üstünlük verirlər".

Almaniyada uşaq futbolunun xüsusi konsepsiyası

2024/2025 mövsümündən etibarən Almaniyada uşaq futboluna (U6–U11) yanaşma dəyişib. Rüfət Rüstəmov deyib: "Hazırda konsepsiya ondan ibarətdir ki, uşaq futbolu peşəkar proses deyil, ilk növbədə sevinc və oyundur. Daha ciddi futbol isə 11–12 yaşdan sonra başlayır".

Bu dəyişikliklərə görə Almaniyada uşaq futbolunda klassik liqalar, turnir cədvəlləri və xallar uğrunda mübarizə əvəzinə oyun günləri və festivallar keçirilir. Məqsəd uşaqların məğlubiyyətdən qorxmaması və nəticədən çox oyuna fokuslanmasıdır. Matçlar kiçik formatlarda təşkil olunur ki, bu da topa daha çox toxunuş, zərbələr, driblinq və oyun qərarlarının sayını artırır. Bu qaydalara əsasən məşqçilər bütün uşaqlara təxminən eyni oyun vaxtı verməlidirlər.

Rüfət Rüstəmov bildirir ki, yüklənmənin qarşısını almaq üçün gənc futbolçular həftədə cəmi iki dəfə məşq edirlər: "Bu, əlbəttə ki, azdır. Ona görə Rüstəm boş vaxtlarında özü də çalışır. Yaxşı oyununa görə ona "DFB Stützpunkt"ə – ən yaxşı oyunçuların toplandığı və əlavə məşqlər keçdiyi mərkəzə dəvət ediləcəyini vəd ediblər".

Onun sözlərinə görə, Almaniyada uşaqların yaşayıb məşq edə biləcəyi futbol akademiyaları azdır: "Buna görə də biz özümüz onun rejiminə və qidalanmasına nəzarət etməyə çalışırıq. Almaniyada uşaqların 95 faizi axşam saat 8-də yatır, Rüstəm isə saat 9-da. Çünki burada yuxunun sağlamlıq üçün nə qədər vacib olduğunu yaxşı anlayırlar".

Valideynlər və məşqçilər

Rüfət Rüstəmov qeyd edir ki, Almaniya klubları valideynlərin məşq prosesinə qarışmasını sevmir: "Məşqçilər adətən sərt olmurlar, uşaqlarla düzgün ünsiyyət qurmağa çalışırlar. Bir dəfə məşqçi Rüstəmin üstünə çox qışqırmışdı və ona bu, xoş gəlməmişdi. Mən oğluma bunun prosesin bir hissəsi olduğunu izah etdim. Elə valideynlər də var ki, bu səbəbdən uşaqlarını başqa kluba keçirirlər".

Onun sözlərinə görə, kiçik klublarda məşqçi olanlar tez-tez qısamüddətli kurslar keçmiş insanlar olur: "Adətən bunlar valideynlər və ya vaxtilə futbol oynamış şəxslərdir. Onlar uşaqlarla həftədə iki dəfə məşq edirlər və 100–400 avro qazanırlar. Bu, pul üçün deyil – insanlar sadəcə futbolu sevir və cəmiyyətə faydalı olmaq istəyirlər. Məsələn, bizim məşqçi də keçmiş futbolçudur, əsas işi isə mexanikdir".

O, ölkədə yaradılan şəraitin də yüksək səviyyədə olduğunu vurğulayır: "Bizim klubda süni örtüklü meydança, yaxşı avadanlıq və soyunub-geyinmə otaqları var. Halbuki bu, beşinci liqadır. Mən 13 yaşımda Azərbaycanda 25 uşağa bir top ilə məşq edirdim, burada isə 20 uşağa 15 top düşür. Almaniyada uşaqlara futbola sevgi aşılanır, onları yükləmirlər, qidalanma və istirahətə böyük diqqət yetirilir".

Gənc Rüstəmin hədəfləri

Rüstəmin yaxın məqsədi "Ludvigsfelde"dən daha güclü klub olan "Viktoriya Berlin"ə keçməkdir. Atası deyir: "Oğlumun xahişi ilə sınaq məşqi barədə razılaşmağa çalışıram – kluba məktub göndərmişəm, zəng etmişəm, amma bu, asan deyil".

Bir dəfə gənc futbolçu Bundesliqa təmsilçisinin heyəti ilə meydana çıxıb, lakin uşaq-maskot kimi. Bu, Berlin "Union"unun oyununda baş verib:

"Futbolçuları əllərindən tutmuşdum, onlarla danışdım, sonra oyunu izlədim. "Union" 3:1 hesabı ilə qalib gəldi – bu, çox ruhlandırıcı idi".

Gələcəkdə Rüstəm sevdiyi komandalar – "Qarabağ" və "Barselona"da oynamaq arzusundadır. "Dörd il "Qarabağ"da oynamaq istəyirəm, sonra "Barselona"da, daha sonra isə "Liverpul"da", – deyə o bildirir.

Rüstəm Azərbaycan futbolunu diqqətlə izləyir və Ağdam klubunun oyunlarını buraxmır. O, həmçinin UEFA Çempionlar Liqasında Almaniyanın "Ayntraxt" klubu ilə "Qarabağ"ın oyununu izləməyi planlaşdırır: "Mən inanıram ki, "Qarabağ" qalib gələcək".

Oğlunun perspektivlərindən danışan Rüfət Rüstəmov qeyd edir:

"Öz yaşında Brandenburq regionunda Rüstəm çox keyfiyyətli futbol nümayiş etdirir. Onun yaxşı futbol intellekti var, meydanı görür, ötürmələr verir, driblinqi pis deyil və zərbəsi güclüdür. Fərdi oyun da var, hərçənd bu, məşqçinin hər zaman xoşuna gəlmir. Potensialı yüksəkdir, amma intizam lazımdır". Atası eyni zamanda maraqların zamanla dəyişə biləcəyini də istisna etmir: "Hər şey ola bilər. Amma hazırda o, nə yağışda, nə də qarda məşqləri buraxmır".

Bununla yanaşı, Rüstəmin başqa maraqları da var. O, məktəbdə əla oxuyur, riyaziyyatı sevir və olimpiadaya hazırlaşır:

"Gələcəkdə robototexnika ilə məşğul olmaq istəyirəm".

Bununla belə, futbol hazırda onun əsas prioritetlərindən biri olaraq qalır:

"Futbol mənim üçün güc, öyrənmək və irəliləməkdir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?

Bütün xəbərlər
Bu gün, 17:00

Arvadını məscidin qarşısında amansızlıqla öldürdü - DETALLAR

Bütün xəbərlər
Bu gün, 16:22

SSR-i dövründə Gəncədə sökülən Səfərabad məscidi

Bütün xəbərlər
Bu gün, 15:00

Bu universitet 1 milyonluq avadanlıq alır

Bütün xəbərlər
Dünən, 16:58

"III Moruq Festivalı" keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:59

Bazar günü Gəncədə 40 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:11

Gəncədə oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 11:06

Mingəçevirdə rekord sayda iştirakçı Kür çayını keçəcək

Bütün xəbərlər
Dünən, 10:48

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün xəbərlər
Dünən, 10:12

Təpiklənən qadın hakim qarşısında sevgilisini bağışladı

Bütün xəbərlər
Dünən, 09:31

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 18:00

3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Bütün xəbərlər
07 avqust 2026, 17:21

Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq

Bütün xəbərlər
07 avqust 2026, 16:05

İsrail səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
07 avqust 2026, 15:14

Güllələnən bibi və qardaşı oğlunun FOTOSU - YENİLƏNİB

Bütün xəbərlər
07 avqust 2026, 15:06

Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ

Bütün xəbərlər
07 avqust 2026, 14:38

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər
07 avqust 2026, 13:35

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Bütün xəbərlər
07 avqust 2026, 13:03

DOS-84 ərazisindəki ağır sanitar vəziyyət aradan qaldırıldı

Bütün xəbərlər
07 avqust 2026, 12:26

Hər bir Gəncə sakini ildə 120 kilo tərəvəz yeyir

Bütün xəbərlər
07 avqust 2026, 11:25

"Toppuş bacı"nın atası vəfat edib

Bütün xəbərlər
07 avqust 2026, 10:06

149 gün sonra nəşi tapılan şəhidimizin doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 09:07

Gəncədə bu məktəbin şagirdləri köçəri həyatı yaşayırlar

Bütün xəbərlər
06 avqust 2026, 20:54

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Oxşar xəbərlər