Qazaxda qəssabxanada nöqsanlar aşkar edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində monitorinqlər aparılıb.
Nəticədə Qazax şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən müəssisədə baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olması üzə çıxıb.
Sözügedən müəssisə barəsində inzibati xəta haqqında protokol tərtib edilib.