top
Alman gənc ailəsi ilə mübahisə edib səyahətə çıxdı - Qazaxda həbs olundu
19 fevral 2026, 12:50
- +

Alman gənc ailəsi ilə mübahisə edib "səyahət"ə çıxdı - Qazaxda həbs olundu

Gürcüstandan Azərbaycana qeyri-qanuni yolla daxil olmuş Almaniya vətəndaşı V.S həbs edilib.

Qafqazinfo.аz xəbər verir ki, Qazax Rayon Məhkəməsinin hökmü ilə 2005-ci il təvəllüdlü şəxsə 4 ay həbs cəzası verilib.

Məlum olub ki, Almaniya vətəndaşı olan macərapərəst gənc ötən ilin noyabrında Gürcüstandan qeyri-qanuni yolla Qazaxın kəndlərindən birinə keçib. Az sonra o, sərhədçilər tərəfindən saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə iş açılan V.S ifadəsində bildirib ki, dünya ölkələrinə səyahət etməyi planlaşdırıbmış:

"2005-ci ildə Almaniya Federativ Respublikasının Bautzen şəhərində anadan olmuşam. Subayam, əvvəllər fermada mexanik işləmişəm. Ailəmlə - atam, anam və yaşda məndən balaca iki qardaşımla birlikdə Almaniyanın Bautzen şəhərinin Jiedlitz kəndində yaşayıram. Atamla anam həmin kənddə yerləşən özümüzə məxsus restoranda işləyirlər.
Mən işləmədiyim üçün tez-tez atamla aramızda mübahisələr olurdu. Sonuncu dəfə atam məndən işləmədiyim üçün evi tərk etməyimi istədi. Həm buna görə, həm Türkiyə, Gürcüstan, Azərbaycan, Nepal və digər başqa ölkələri gəzmək, həm də gürcüstanlı sevdiyim qızı görmək üçün avtobusa bilet alaraq Münhen şəhərindən Bolqarıstanın Sofiya şəhərinə getdim.

Orada bir gün meşədə qaldıqdan sonra yolda tanımadığım yük avtomobilinə yaxınlaşıb məni Türkiyəyə aparmağını xahiş etdim. Həmin yük avtomobili ilə bir gün yol getdikdən sonra Türkiyənin Çorlu şəhərinə çatdım. Həmin şəhərdə də yolda avtostop edəndən sonra İstanbul şəhərinə getdim. Daha sonra İstanbul - Tbilisi aviareysinə bilet alaraq Tbilisiyə uçdum, üç gün burada küçədə qaldım.

Oradakı insanlardan və mobil telefonda olan xəritədən istifadə edərək piyada yola düşərək iki gün yol gəldikdən sonra Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsinə yaxınlaşdım. Orada mənə Azərbaycana keçməyin mümkün olmadığını bildirdilər. Daha sonra dağlıq ərazilərlə Azərbaycan istiqamətində yolumu davam etdirdim, təxminən 10-12 saat yol getdikdən sonra adını bilmədiyim kəndə çatdım. Qarşıma çıxan şəxsdən yemək və gecə qalmaq üçün yer soruşdum. Qısa müddətdən sonra sərhədçilər tərəfindən saxlanıldım".

Qeyd edək ki, məhkəmə prosesi fevralın 11-də başa çatıb. Cəzasının bitməsindən sonra V.S-in Azərbaycandan deportasiya edilməsi gözlənilir.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
21 sentyabr 2026, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Oxşar xəbərlər