Gəncə təmsilçisi cəzalandırılıb. Bu haqda 15 avqust tarixində PFL-ə istinadən məlumat veririk.
İntizam Komitəsinin iclası baş tutub. Burada “Qarabağ” – “Kəpəz” oyununa baxış keçirilib. Matçın 78-ci dəqiqəsində “sarı-göylər”in 8 nömrəli futbolçusu Elmir Tağıyevin aldığı ikinci sarı kartı qırmızıya çevrilib. Buna görə oyunçu növbəti qarşılaşmaya buraxılmayacaq. Klub isə 500 manat cərimə edilib.
Bundan əlavə, həmin matçın 89-cu dəqiqəsində azarkeşlər tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə xəbərdarlıq olunub.