Gəncədə 23 dekabr tarixində ağacəkmə aksiyası baş tutub. Bu haqda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) məlumat paylaşıb.
Tədbir tədris-təcrübə təsərrüfatında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilib. Universitetin tələbələri və professor-müəllim heyəti 100 ədəd ağac əkib. Həmin ərazi təmizlənib, orada abadlıq işləri aparılıb.
Gənclər təşkilatlarının fəalları ağacları suvarıb onlara aqrotexniki qulluq göstəriblər.
[caption id="attachment_7254" align="alignnone" width="300"]
Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto[/caption]