Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov və rəhbərlik nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanovla görüşüb.
Gencexeber.az bildirir ki, görüşdə Zəfər Qurbanov gənclərin yeni ideyalarının, enerjisinin və yaradıcılığının Aqrar Universitetinin inkişafına mühüm töhfə verdiyini söyləyib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova ATGTİ rəsmiləri tərəfindən "Yenilikçi və inkişaf mükafatı" təqdim edilib.