Gəncədə universitetlərdən biri sənəd qəbulu aparır. Bu haqda 11 iyul tarixində ADAU-ya istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universiteti magistratura səviyyəsinə qəbul olmuş şəxslər üçün elan paylaşıb. Bildirilir ki, 9-18 iyul tarixlərində “ portal.edu.az ” saytı vasitəsilə qeydiyyat aparılır. Bunun üçün məzunlar əsas səhifəyə daxil olaraq, “Qeydiyyat” düyməsinə basıb, “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidirlər.
Sözügedən saytda qeydiyyatdan keçməyən bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.
Tələb olunan sənədlərlə tanış olmaq üçün aşağıdakı linkə keçid etmək lazımdır: