Gəncədə universitetlərdən biri Listinq Məsləhət Proqramına qoşulub. Bu haqda 28 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universiteti "Bakı Fond Birjası" (BFB) QSC-nin maliyyələşməni təşviq edən proqramına qatılıb. BFB qiymətli kağızların buraxılışı vasitəsi ilə maliyyələşmək istəyən və dəstəyə ehtiyacı olan şirkətlərə bu proqram çərçivəsində qiymətli kağızların buraxılışı müddətində tam dəstək verir.