Gəncədə pulsuz psixoloji seminar baş tutacaq.
Gencexeber.az-a daxil olan məlumata əsasən, təlimlər abituriyentlər üçün nəzərdə tutulub. “Diqqət və yaddaşın korreksiyası” adlı layihə 5 və 6 oktyabr tarixlərində həyata keçiriləcək.
Seminar müddətində abituriyentlərin sualları cavablandırılacaq, psixoloji oyunlar, testlər keçiriləcək. İştirak ödənişsizdir. Qatılmaq üçün qeydiyyatdan keçmək mütləqdir.
İştirak etmək istəyən şəxslər ad, soyad və qatılacağı günü qeyd edərək 055 426 35 12 nömrəsi ilə “Whatsapp” vasitəsilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, oktyabrın 5-i təlim saat 18:00-da, oktyabrın 6-sı isə 12:00-da Hüseyn Cavid, 22 ünvanında yerləşən “SMYÖS” tədris mərkəzində keçiriləcək.