Göygöl rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Gencexeber.az-ın məlumatına əsasən, 1939-cu il təvəllüdlü Hilal Cəfərov Ərəbli su kanalında boğularaq ölüb.
86 yaşlı mərhumun meyiti ailəsinə təhvil verilib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.