Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, rayonunun Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəhman Məhərrəmov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanoviçi vurub.
Yaralı hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb