Samux sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Gencexeber.az məlumat verir ki, Əhmədbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova xəstəxanaya çatdırılıb. Qadının vəziyyəti orta-ağırdır.
Məlumata görə, 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi zəminində anası, Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir.
DİN-in Regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə R.Ələkbərov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.