Tovuzda qadın yol qəzasında ölüb.
Gencexeber.az-ın məlumatına əsasən, Tovuzun Heydər Əliyev prospektində qeydə alınan hadisə zamanı 1993-cü il təvəllüdlü M.Süleymanova yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil onu vurub. Qadın hadisə yerində ölüb.
Əraziyə polis əməkdaşları cəlb edilib.