Şəmkir rayonunda 30 yaşlı qadının meyiti yaşadığı evin həyətində tapılıb.
Qafqazinfo.аz xəbər verir ki, hadisə fevralın 23-ü saat 15 radələrində rayonun Çinarlı qəsəbəsində baş verib.
1996-cı il təvəllüdlü Şəlalə Etibar qızı Nəbiyevanın meyiti yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.