Goranboyda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Gülnar Xəlilova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadın əməliyyat edilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə 28 yaşlı G. Xəlilovanı mühabisə zamanı həyat yoldaşı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.