Gəncə sakininə xəsarət yetirilib. Bu haqda 11 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Samux rayonunda qeydə alınıb. 24 yaşlı rayon sakini Taleh Məhərrəmov xuliqanlıq zəminində Gəncə şəhər sakini E. İbrahimova bıçaq xəsarəti yetirib. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Əməli törədən Taleh Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.