top
20 ildir əlilliyi olan şəxsin müavinəti KƏSİLDİ
Foto
02 dekabr 2025, 10:16
- +

20 ildir əlilliyi olan şəxsin müavinəti KƏSİLDİ

20 il əlillik müavinəti alan şəxsə müavinətin verilməsi dayandırılıb.

Bu barədə Bizim.media.аz-a Goranboy rayon Tatarlı kənd sakini Əliş Məmmədov müraciət edib.

Vətəndaşın sözlərinə görə, o, 2001-ci ildən 2-ci qrup əlildir:
"Kəllə-beyin travması almışam və bunun orqanizmdə yaratdığı fəsadlara görə əlillik təyin olunub. 2021-ci ildə isə əlilliyə görə verilən pensiya ödənişini dayandırdılar və yenidən əlillik təyin etmədilər. Halbuki 20 ildən sonra əlillik ömürlük təyin olunmalı idi".
Əliş Məmmədov imtina barədə ona dəqiq səbəb göstərilmədiyini bildirib:
"Hara müraciət etmişəmsə, bir qurum digərinin üstünə göndərib. Konkret hansı sənədin lazım olduğunu demirlər, natamam doldurma bəhanəsi ilə başlarından edirlər. Dəfələrlə Goranboy rayon Mərkəzi Xəstəxanasına getmişəm, lakin əlilliyim bərpa olunmadı. Bundan sonra bağırsaq yarası xəstəliyim var, buna dair sənədlər topladım, təqdim etdim, əlillik təyin olunmadı. Baş ağrıları, kəllə-beyin travmasının yaratdığı xəstəliklər, yüksək təzyiq, üstəlik bağırsaq yarası xəstəliyi davam edir. Nə vaxt rayon xəstəxanasına müraciət edirəm, deyirlər ki, xəstəxanada yatmalısan, lakin müalicə üçün dərmanları öz hesabına almalısan. Heç bir yerdə işləmirəm, maddi vəziyyətim pisdir, bağırsaq xəstəliyi üçün olan dərmanlar bahadır".

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı vətəndaş bir il ərzində müraciət etməlidir:
"Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Əliş Namiq oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 1 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma - 88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Əliş Məmmədovla bağlı yeni forma - 88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:24

Gəncədə bu küçədə antisanitariya aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 13:13

Gəncəsayağı təmir: Çəkilən asfaltı sakinlər hamarlasın

Bütün xəbərlər
Bu gün, 12:34

Gəncədə qətlə yetirilən kişi ilə bağlı daha iki nəfər həbs olundu

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncədə sahibsiz itlərə görə sakinlərin narahatlığı SƏNGİMİR

Bütün xəbərlər
Bu gün, 11:06

Yol polisi velosipedçilərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 09:41

Azərbaycanda ən çox pul xərcləyən ailələr

Bütün xəbərlər
Bu gün, 09:03

Kürdə batan 17 yaşlı gəncəli qızın cansız bədəni tapıldı

Bütün xəbərlər
Dünən, 19:00

Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?

Bütün xəbərlər
Dünən, 17:00

Arvadını məscidin qarşısında amansızlıqla öldürdü - DETALLAR

Bütün xəbərlər
Dünən, 16:22

SSR-i dövründə Gəncədə sökülən Səfərabad məscidi

Bütün xəbərlər
08 avqust 2026, 16:58

"III Moruq Festivalı" keçiriləcək

Bütün xəbərlər
08 avqust 2026, 15:59

Bazar günü Gəncədə 40 dərəcə isti olacaq

Bütün xəbərlər
08 avqust 2026, 14:11

Gəncədə oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik HƏBS EDİLDİ

Bütün xəbərlər
08 avqust 2026, 11:06

Mingəçevirdə rekord sayda iştirakçı Kür çayını keçəcək

Bütün xəbərlər
08 avqust 2026, 10:48

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün xəbərlər
08 avqust 2026, 10:12

Təpiklənən qadın hakim qarşısında sevgilisini bağışladı

Bütün xəbərlər
08 avqust 2026, 09:31

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 18:00

3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Bütün xəbərlər
07 avqust 2026, 17:21

Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq

Bütün xəbərlər
07 avqust 2026, 16:05

İsrail səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
07 avqust 2026, 15:14

Güllələnən bibi və qardaşı oğlunun FOTOSU - YENİLƏNİB

Bütün xəbərlər
07 avqust 2026, 15:06

Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ

Bütün xəbərlər
07 avqust 2026, 14:38

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər
07 avqust 2026, 13:35

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Oxşar xəbərlər