Goranboyda 13 yaşlı yeniyetməni elektrik cərəyanı vurub.
Qafqazinfo.аz xəbər verir ki, 2013-cü il təvəllüdlü Y.Əliyev başının çoxsayılı açıq yaraları və bədənin müxtəlif travmaları diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal yeniyetməyə yardım edilib, hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisə yeniyetmənin yaşadığı evdə elektrik naqilləri ilə oynayarkən ehtiyatsızlıqdan baş verib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.