top
Uşaqları zərərli texnologiyalardan uzaq tutun - Gəncəli qocaman pediatr
Dünən, 13:03
- +

Uşaqları zərərli texnologiyalardan uzaq tutun - Gəncəli qocaman pediatr

Övladı narahatlıq keçirən valideyn üçün həmin an dünyada ən vacib məsələ yalnız onun sağalmasıdır. Belə məqamlarda valideynin ümidlə üz tutduğu ünvan uşaq həkimidir. Gəncə səhiyyəsində artıq 46 ildir uşaqların sağlamlığının keşiyində dayanan Rizvan Əsgərov da ömrünün böyük hissəsini məhz bu məsuliyyətli sənətə həsr edib.

Rizvan Əsgərov 1974-cü ildə Azərbaycan Tibb Universitetinə qəbul olunub. 1980-ci ildə ali təhsilini pediatr ixtisası üzrə başa vurduqdan sonra əmək fəaliyyətinə Göygöl rayonunda başlayıb. 1992-ci ildən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Pediatriya şöbəsinə rəhbərlik edir.

Rizvan Əsgərov işə başladığı illərlə bugünkü tibb arasında müqayisə aparmağın çətin olduğunu deyir:

"Fəaliyyətə başladığım dövrlə indiki arasında dağlar qədər fərq var. Düzgün diaqnoz təyin etmək çətin olurdu, çox əziyyət çəkirdik, bəzən terapiya da effekt vermirdi. İndi gənc kadrlarımız müasir metodlardan və texnikadan istifadə etməklə ən ağır halların öhdəsindən gələ bilirlər".

İllər, onilliklər dəyişsə də, dəyişməyən bir şey var: mütəxəssisin üzərinə düşən məsuliyyət. Pediatrın fikrincə, uşağı sağaltmaq yalnız tibbi prosedurları yerinə yetirməkdən ibarət deyil.

Qeyd edək ki,  Rizvan Əsgərov Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu zamanı diplomatik nünayəndəliyimizin şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atasıdır. Bu fakt onun həyat hekayəsinə tamam başqa bir məna qatır: bir tərəfdə illər boyu uşaqların həyatını xilas edən təbib, digər tərəfdə isə səfirliyimizin təhlükəsizliyi naminə canından keçən oğul.

Qocaman pediatr sonda bildirib ki, uşaqların sağlam böyüməsində böyüklərin nəzarəti mühüm rol oynayır: "Valideynlərə tövsiyəm odur ki, övladlarını smartfon və digər zərərli texnologiyalardan maksimum uzaq tutsunlar.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 17:33

Gəncədə iki ünvanda zibil problemi: sakinlər narazıdır

Bütün xəbərlər
Dünən, 17:07

"Kəpəz" - "Şamaxı" oyununa 10 mindən çox bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:56

Gəncəyə payız gəlir

Bütün xəbərlər
Dünən, 13:36

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:29

Moruq Festivalında iki gün konsert olacaq

Bütün xəbərlər
Dünən, 11:35

Məktəbdə ödənişsiz tibbi aksiya keçirilir

Bütün xəbərlər
Dünən, 11:02

Yeni binanın mənzilləri püşkatma ilə bölüşdürüldü

Bütün xəbərlər
Dünən, 10:19

Sahibsiz itlər Xan bağında sakinləri qorxu içində saxlayır

Bütün xəbərlər
Dünən, 09:51

Gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
03 sentyabr 2026, 18:00

Gəncədə 3 yaşlı uşağın əli ətçəkən maşında qalıb - TƏFƏRRÜAT

Bütün xəbərlər
03 sentyabr 2026, 17:34

Məktəbdə sanitar qovşağı dağıtdığı deyilən direktordan CAVAB

Bütün xəbərlər
03 sentyabr 2026, 16:49

Çoxuşaqlı ailələr üçün yeni təklif - 3 uşağı olanlara da müavinət verilə bilər

Bütün xəbərlər
03 sentyabr 2026, 16:04

Moruq festivalına avtobuslar təşkil olunub

Bütün xəbərlər
03 sentyabr 2026, 15:33

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Bütün xəbərlər
03 sentyabr 2026, 14:10

Gəncənin bu ərazisində burnunu tutmadan keçmək olmur

Bütün xəbərlər
03 sentyabr 2026, 14:03

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Bütün xəbərlər
03 sentyabr 2026, 13:29

Sabah Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
03 sentyabr 2026, 12:55

17 yaşında söyüşə görə qatil oldu

Bütün xəbərlər
03 sentyabr 2026, 11:39

Direktor vəzifəsini itirdi, məktəbin tualetini dağıtdı - İDDİA

Bütün xəbərlər
03 sentyabr 2026, 11:32

Gəncədə zibilliyə çevrilən yaşayış massivində təmizlik işləri görülüb

Bütün xəbərlər
03 sentyabr 2026, 09:43

Gəncədə 100-dən çox müəssisənin iştirakı ilə SƏRGİ keçiriləcək

Bütün xəbərlər
02 sentyabr 2026, 16:48

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Oxşar xəbərlər