top
Gəncə 93 yaşlı söz ustadını itirdi - VİDEO
16 iyul 2025, 15:22
- +

Gəncə 93 yaşlı söz ustadını itirdi - VİDEO

 

Azərbaycan mətbuatının tanınmış simalarından biri, yazıçı və alim Sabir Gəncəli 93 yaşında dünyasını dəyişib.

Gencexeber.az məlumat verir ki, Sabir Süleyman oğlu Məmmədov (Sabir Gəncəli) bu gün vəfat edib. Mərhum Bakı şəhərinin Hövsan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Sabir Süleyman oğlu Məmmədov 1932-ci il iyulun 26-da Gəncədə anadan olub. M.Ə.Sabir adına orta məktəbi (indiki 5 nömrəli tam orta məktəb) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Peşəkar fəaliyyətinə 1958-ci ildə başlayan Sabir Gəncəli müxtəlif qəzet və jurnallarda – o cümlədən “Azərbaycan qadını” jurnalında uzun illər məsul vəzifələrdə çalışıb. Eləcə də “Fermer”, “Vəfa”, “Cik-Cik”, “Səhnə” və “Dəli Kür” kimi nəşrlərin formalaşmasında yaxından iştirak edib.

O, 2000–2014-cü illərdə Azərbaycanın İctimai-Siyasi Universitetində professor kimi “Azərbaycan mətbuat tarixi” və “Jurnalistika sənətkarlığı” fənlərini tədris edib.

Sabir Gəncəli maarifçilik və qadın hüquqları sahəsində geniş tədqiqatlar aparıb. 1000-dən çox publisistik yazı və tarixi oçerkin, 20-dən artıq kitabın, o cümlədən ensiklopedik topluların müəllifidir.

O, ilk dəfə olaraq milli mədəniyyətin görkəmli simaları – Hacı Zeynalabdin Tağıyev, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Şəfiqə Əfəndizadə, Həmidə Cavanşir, Səkinə Axundzadə və Zərifə Əliyeva kimi ziyalıların həyat və fəaliyyətini geniş işıqlandırıb.

Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Sabir Gəncəli 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. O, həmçinin iki dəfə “Qızıl qələm” mükafatına layiq görülüb, beynəlxalq və yerli səviyyədə müxtəlif fəxri diplomlarla təltif edilib.

Sabir Gəncəli ömrünü maarifçilik, publisistika və mətbuatın inkişafına həsr etmiş ziyalı kimi yadda qalacaq. Allah rəhmət etsin.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Aprel döyüşlərindən 10 il ötür

Bütün xəbərlər
Dünən, 18:00

Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Bütün xəbərlər
Dünən, 17:22

ADY Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin etdi

Bütün xəbərlər
Dünən, 16:45

İki mindən çox abonent qazsız qalacaq

Bütün xəbərlər
Dünən, 16:06

Gəncəli şahmatçı ölkənin ən güclü QADIN QROSMEYSTERİDİR

Bütün xəbərlər
Dünən, 15:32

"Kəpəz" yüksək məbləğdə cərimələnib

Bütün xəbərlər
Dünən, 14:16

Gəncəli stronqmen zirvədə: Azərbaycan rekordu

Bütün xəbərlər
Dünən, 13:35

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

Bütün xəbərlər
Dünən, 12:38

Gəncəli tanınmış məşqçi Elçin Zeynalovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:22

"Gəncəliyəm, bax, it kimi gəzdirirəm" dedilər, "TikTok"da yaydılar

Bütün xəbərlər
Dünən, 09:43

Gəncə Regional Turizm İdarəsi hotellərdə monitorinq keçirir

Bütün xəbərlər
Dünən, 09:00

Adilxan Ziyadxanov küçəsinin bitmək bilməyən yol problemi

Bütün xəbərlər
31 mart 2026, 18:00

Gəncədə 17 yaşlı yeniyetməni avtomobil vurub

Bütün xəbərlər
31 mart 2026, 16:18

Gəncədə "Segah Mayıl" son mənzilə yola salındı

Bütün xəbərlər
31 mart 2026, 15:33

Gəncədə market işçisi yuyucu vasitədən zəhərlənib

Bütün xəbərlər
31 mart 2026, 14:52

Gəncədə sabah yağış yağmayacaq

Bütün xəbərlər
31 mart 2026, 13:56

Gənc nənəsi yaşda qadına təcavüz edib? - Cinayət işi açıldı

Bütün xəbərlər
31 mart 2026, 13:24

Mayda 14 qeyri-iş günü olacaq

Bütün xəbərlər
31 mart 2026, 11:25

Gəncədə "Soyqırımı Günü"ndə şadlıq sarayından ATƏŞFƏŞANLIQ: Körpə pasiyentlərə "SÜRPRİZ"

Bütün xəbərlər
31 mart 2026, 10:26

Gəncədə "Segah Mayıl" vəfat etdi

Bizim fəxrimiz
31 mart 2026, 09:12

Gəncəli şagird "Əlaçı"nın qalibi oldu

Bütün xəbərlər
31 mart 2026, 00:00

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Bütün xəbərlər
30 mart 2026, 17:00

Gəncədə daha bir müəllimə elmi dərəcə verilib

Bütün xəbərlər
30 mart 2026, 16:17

Gəncədə qeyri-sabit hava şəraiti davam edəcək

Oxşar xəbərlər