top
Palçıqda, ilanlara dolaşaraq dərsə gedən Goranboy məktəbliləri - ŞİKAYƏT
01 noyabr 2024, 17:58
- +

Palçıqda, ilanlara dolaşaraq dərsə gedən Goranboy məktəbliləri - ŞİKAYƏT

 

Goranboy məktəbliləri dərsə getmək üçün 3 km-lik təhlükəli yol qət edirlər.

Gencexeber.az-a verilən məlumata görə, Goranboyun Təhlə kəndindən olan məktəblilər dərsə getmək üçün 3 km-lik yola təxminən 1 saat zaman sərf edirlər.

Yaşadıqları yerdə ibtidai məktəb fəaliyyət göstərdiyinə görə 4 və ondan yuxarı sinif şagirdləri təhsillərini qonşu kənddə yerləşən Ç.Hümbətov adında Yeniyol kənd tam orta məktəbində davam etdirmək məcburiyyətində qalıblar. Məktəblilərin qət etdiyi 3 km yol isə acınacaqlı vəziyyətdədir, səhər saatlarında dərsə gedən uşaqlar üçün təhlükə mənbəyidir. Valideynlər də bu haldan çox narazıdır.

Sözügedən haldan şikayətçi olan valideynlərdən biri - Cəmilə Bayramova bildirir ki, övladı təhsil aldığı məktəbə qışda palçıq içində, yayda isə ilanlar ayağına dolana-dolana gedir:

“Dəfələrlə kənd bələdiyyəsinə bildirmişik ki, uşaqların dərsə getdiyi yol ya asfaltlansın, ya da onları dərsə aparmaq üçün avtobus ayrılsın. Hər dəfə bir bəhanə taparaq müraciətimizə cavab verilmir. Körpə uşaqlar da təhlükə mənbəyi olan yolla dərsə getmək məcburiyyətində qalırlar. Yollar həm çala-çuxurdur, həm də ətrafı kol-kos basıb. Övladım dəfələrlə ilan sancmasından son anda xilas olub, bir dəfə isə doluya düşdüyünə görə aylarla xəstəxanada yatıb. Mən də, övladı qonşu kəndə məktəbə gedən valideynlər də çox xahiş edirik ki, bu məsələyə bir əncam çəkilsin”.

Təhsilini davam etdirmək üçün qonşu kəndə dərsə gedən Yusif Əlizadə deyir ki, məktəbə getmək üçün sürdüyü velosipedin təkərlərinə bir neçə dəfə ilanlar dolanıb:

“Problem tək yayda olmur, qışda, payızda isə palçıq olur. Bu haldan tək mən yox, sinif yoldaşlarım da narazıdır, əziyyət çəkərək bu yolla dərsə getmək məcburiyyətindəyik. Valideynlərim şikayət etsə də, heç kim təmir işləri aparmaq fikrində deyil. Mən bir az böyüyəm, tək gedib-gələ bilirəm. Gələn il isə bacım o məktəbə getməlidir, onun üçün vəziyyət daha da təhlükəli olacaq. Heç olmasa gələn ilə kimi bu problem həll olunsun”.

Humay İsgəndərli

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:02

Bu ilin 9 ayı ərzində bölgəmizdə neçə boşanma olub?

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə yeniyetməni qəsdən maşınla vurub öldürən şəxsin FOTOSU

Bütün xəbərlər
Bu gün, 10:51

74 yaşlı qadın su quyusuna düşərək öldü

Bütün xəbərlər
Bu gün, 10:19

Gəncəli tələbə Türkiyədə şəhidlərimiz üçün ehsan verib

Bütün xəbərlər
Bu gün, 09:41

Gəncədə kollecin həyətində ağac kəsən fəhlə cərimələndi

Bütün xəbərlər
Bu gün, 09:04

Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Bütün xəbərlər
Bu gün, 09:01

Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:00

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bütün xəbərlər
Dünən, 19:00

Velosiped yolu var, istifadə etmək olmur

Bütün xəbərlər
Dünən, 17:00

Gəncədə "müasir standartlara cavab verən" dayanacaq

Bütün xəbərlər
Dünən, 15:00

Gəncəli gənclərə şad xəbər

Bütün xəbərlər
Dünən, 13:00

Gəncədə yaşayış binalarının ortasında qanunsuz tikili - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:00

Gəncəli Əməkdar artist 5-ci ali diplomunu alıb

Bütün xəbərlər
15 noyabr 2025, 16:43

208 borclu saxlanılıb

Bütün xəbərlər
15 noyabr 2025, 15:36

Gəncəli şahmatçı dünya çempionatına qatılacaq

Bütün xəbərlər
15 noyabr 2025, 14:44

Milli Qəhrəmanın atası vəfat edib

Bütün xəbərlər
15 noyabr 2025, 13:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
15 noyabr 2025, 12:35

Ayaqqabı istehsalı artıb

Bütün xəbərlər
15 noyabr 2025, 11:33

Atasının kriminal aləmlə əlaqəsi olan yeniyetmə öldürüldü

Bütün xəbərlər
15 noyabr 2025, 10:48

Gəncə yenidən mötəbər yarışa ev sahibliyi edir

Bütün xəbərlər
15 noyabr 2025, 09:49

Bu gündən Gəncədə istilik mövsümü başlayır

Bütün xəbərlər
15 noyabr 2025, 09:11

Gəncədə 17 yaşlı oğlanı maşın vurub öldürdü

Bütün xəbərlər
14 noyabr 2025, 18:00

Yaponlar Gəncədə "Netflix" üçün serial çəkdilər

Bütün xəbərlər
14 noyabr 2025, 17:33

"ARB TV"nin fəaliyyətinə xitam verilir

Oxşar xəbərlər