“Kəpəz” Azərbaycan çempionatında yubiley qolunu vurdu. Bu haqda bu gün, 7 avqust tarixində Gəncəxəbər.az Premyer Liqaya istinadən xəbər verir.
“Kəpəz” - ”Neftçi” qarşılaşmasında təmsilçimiz ölkə çempionatı çərçivəsində evdə 600-cü topunu rəqib qapısından keçirib. Yubiley qolunu gürcüstanlı yarımmüdafiəçi Mate Kvirkviya penaltidən həyata keçirib.
“Kəpəz” evdə və ümumiyyətlə, ölkə çempionatlarında ilk qoluna 1992-ci il 3may tarixində imza atıb. Komandamızın ilk qolu “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədovun vurduğu qol olub.