top
Füzuli şəhərinin işğaldan azad edilməsindən beş il ötür
17 oktyabr 2025, 00:05
- +

Füzuli şəhərinin işğaldan azad edilməsindən beş il ötür

Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum döyüş əməliyyatları ilə oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.

Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.

Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib.

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında "Füzulinin azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 17 oktyabr – Füzuli şəhəri günü kimi təsis edilib.

Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncədə son 9 aya 76,3 milyon sərnişin daşınıb

Bütün xəbərlər
Bu gün, 17:16

Gəncəli cüdoçu VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib

Bütün xəbərlər
Bu gün, 16:29

Gəncə küçələri üçrəngli bayrağımıza bürünüb

Bütün xəbərlər
Bu gün, 15:56

"Meydana çıxanda ayağımı sanki yenidən qazanmış kimi oluram" - Qazaxlı Fərhad Eyyubovla MÜSAHİBƏ

Bütün xəbərlər
Bu gün, 13:03

Gəncə şəhidləri ziyarət edilib

Bütün xəbərlər
Bu gün, 12:20

Bakıda Zəfər muzeyinin açılışı olub

Bütün xəbərlər
Bu gün, 12:15

Şəhidlərin xatirəsinə ehtiram

Bütün xəbərlər
Bu gün, 11:19

Azərbaycan Basketbol Liqası: "Gəncə" və NTD üz-üzə gəlir

Bütün xəbərlər
Bu gün, 10:30

Gəncədə abadlıq işləri görən işçilərə maaşları verilməyib – İDDİA

Bütün xəbərlər
Bu gün, 09:44

Gəncəli idmançılar: "8 Noyabr – Zəfər Günümüz mübarək!"

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün Şuşanın azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 21:10

İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 18:00

Kiberpolisdən ƏMƏLİYYAT: Gəncəli tiktoker saxlanıldı

Bütün xəbərlər
Dünən, 17:21

Gəncədə beynəlxalq güləş turniri keçirilib

Bütün xəbərlər
Dünən, 16:41

Geomaqnit qasırğası müşahidə olunur

Bütün xəbərlər
Dünən, 15:53

Gəncədə binanın üzərinə aşa biləcək iri ağac budandı

Bütün xəbərlər
Dünən, 15:19

Azərbaycan dilinin yeni lüğətləri hazırlanır

Bütün xəbərlər
Dünən, 14:46

Bu il onlara 206 mindən çox tibbi xidmət göstərilib

Bütün xəbərlər
Dünən, 14:08

200-dən çox vətəndaş yağış sularına möhtac qalıb - BİABIRÇILIQ

Bütün xəbərlər
Dünən, 13:33

Küçədən kişi meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 13:00

Gəncədə ulduzlarla dolu möhtəşəm konsert olacaq

Bütün xəbərlər
Dünən, 12:33

Zəfər Gününün hava proqnozu

Bütün xəbərlər
Dünən, 12:02

"Daşkəsən Dəmir Filiz" 350 mini hara xərcləyəcək?

Oxşar xəbərlər