top
Gəncədə lift sakinlərin əzabına çevrilib - VİDEO
02 fevral 2025, 18:00
- +

Gəncədə lift sakinlərin əzabına çevrilib - VİDEO

 

Gəncədə bina sakinləri liftin ləng işləməsindən əziyyət çəkirlər.

Gencexeber.az məlumat verir ki, Yeni Gəncə qəsəbəsində yerləşən 19 saylı binanın 2-ci blokunun sakinləri 1 ildən artıqdır ki, ləng işləyən lift problemi ilə üzləşiblər. Lift yavaş-yavaş hərəkət edir və qapıları xeyli müddətdən sonra açılır.

"Bir il əvvəl liftimiz xarab oldu. Birinci mərtəbədə dayanmaq əvəzinə zirzəmiyə düşürdü. Bu barədə aidiyyəti üzrə məlumat verdik və gələn mütəxəssislər problemin liftin idarəetmə lövhəsində (plata) olduğunu bildirdilər. Elektron cihazın yenisi olmadığından o, bir müddətlik köhnə və ləng işləyəni ilə əvəz edildi. Lakin bu günədək bizə vəd edilən yeni plata quraşdırılmayıb”.

Sakinlər qeyd edir ki, lift nəinki yavaş hərəkət edir, hətta qapılar da gecikmə ilə açılır. Bu, xüsusilə sağlamlıq problemləri olan yaşlı insanlar üçün narahatlıq yaradır.

Bununla bağlı həmin blokda yaşayanlar Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbəri Niyazi Bayramova ərizə ünvanlayıblar. Onlar iddia edirlər ki, müraciətlərinə qurumdan rəsmi cavab almayıblar.

Sakinlər əlavə ediblər ki, lift idarəsi sakinlərin borcuna görə təmir işlərinin görünmədiyini bildirib.

“Lift idarəsinin işçiləri dedilər ki, liftin istismarına görə borcumuz yığılıb, bu səbəbdən də təmir etmirlər. Amma əksər sakinlər deyirlər ki, borcları yoxdur. Belə məsuliyyətsizliyə görə niyə biz əziyyət çəkməliyik?”

Vəziyyəti aydın şəkildə nümayiş etdirmək üçün sakinlərdən biri problemli və birinci blokda olan liftlərin daxilində qurğuların necə işləmələrini videoya çəkib. Görüntülərdən aydın olur ki, qonşu blokdakı lift 30 saniyəyə 9-cu mərtəbədən 1-ci mərtəbəyə enir və dərhal qapıları açılır. 2-ci blokdakı lift isə eyni əməliyyatı 1 dəqiqə 10 saniyəyə icra edir.

Liftin vəziyyəti bir çox insanlara narahatlıq yaratmaqda davam etdiyindən bina sakinləri problemin tezliklə həllinə ümid edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Çaykənd Qızılbalıqartırma Zavodu yenidən qurulacaq

Bütün xəbərlər
Dünən, 17:00

Gəncənin 39 saylı məktəbində azyaşlılar ailəlikcə təhqir edilir – İDDİA

Bütün xəbərlər
Dünən, 16:34

Gəncənin yanğınsöndürənləri Xankəndidə işə başlayır

Bütün xəbərlər
Dünən, 16:09

Minskdə Gəncə Avtomobil Zavodu ilə MAZ arasında saziş imzalandı

Bütün xəbərlər
Dünən, 15:35

Tələbəni bıçaqlayan şəxsə şərti cəza verildi

Bütün xəbərlər
Dünən, 14:59

DYP hava ilə əlaqədar müraciət edib

Bütün xəbərlər
Dünən, 14:27

Bazar günü 53 minə yaxın şagird imtahan verəcək

Bütün xəbərlər
Dünən, 13:51

Dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:17

ATU-nun təşkilatçılığı ilə forum keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:44

Gəncəli tiktoker "Eliş"in cinayət əməli məlum oldu

Bütün xəbərlər
Dünən, 12:12

Vətən müharibəsi Qəhrəmanının atası vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:32

Gəncədə iş axtaranların NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 10:39

Gəncədə mövsümü güllər əkilir

Bütün xəbərlər
Dünən, 09:53

Gəncədə məktəbə aparan yolun vəziyyəti ACINACAQLIDIR

Bütün xəbərlər
Dünən, 09:17

Minik avtomobili ilə traktor toqquşub, xəsarət alanlar var

Bütün xəbərlər
07 aprel 2026, 18:00

Küləklə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
07 aprel 2026, 17:12

"Kəpəz"in həkimi hər kəsi təəccübləndirdiyi görüntüdən danışıb

Bütün xəbərlər
07 aprel 2026, 16:40

AYNA daha 9 istiqamət üzrə keçirilən müsabiqələrin qaliblərini açıqlayıb

Bütün xəbərlər
07 aprel 2026, 16:03

Əhaliyə 52 milyon manata yaxın ƏDV geri qaytarıldı

Bütün xəbərlər
07 aprel 2026, 15:33

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Tarix
07 aprel 2026, 14:59

Azərbaycanın ilk milli siyasi firqəsi Gəncədə yaradılmışdı: "Qeyrət" partiyası

Bütün xəbərlər
07 aprel 2026, 14:22

Köhnə Səbiskar qəbiristanlığında asfalt çəkilir

Bütün xəbərlər
07 aprel 2026, 13:46

Ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
07 aprel 2026, 13:09

Gəncədə güclü zəlzələ olacaq? - AÇIQLAMA

Oxşar xəbərlər