Gəncədə küçələrin bir çoxunda küçə işıqlarının olmaması və ya zəif olması, xüsusilə gecə saatlarında şəhər ətrafında təhlükəsizlik problemlərinə yol açır. Yolların bəzilərində lampaların sönməsi və ya nasaz olması sürücülər üçün də riskli vəziyyətlər yaradır. Sözügedən problemlə bağlı dəfələrlə redaksiyamıza şikayət daxil olub.
Gəncə sakinləri bu dəfə də Gencexeber.az-a küçə lamploaları ilə bağlı müraciət ediblər.
Şikayətçilər bildirir ki, şəhərin Heydər Əliyev prospektində quraşdırılmış işıqlar çox zəifdir, bu da sürücülər və piyadalar üçün təhlükəli vəziyyət yaradır:
“Skonnunun dörd yolu” adlanan ərazidən dəmiryol vağzalına kimi lampalar bu vəziyyətdədir. Maşınların işıqları olmasa küçədə heç nə seçilməz. Yolu keçmək istəyən piyadalar görünmür, nəticədə də qəza qaçılmaz olur. Bu hal isə iki ildir ki, davam edir. Şikayətçi sakinlər olaraq problemlə bağlı müvafiq qurumlardan əməli addımlar atılmasını xahiş edirik”.