top
Gəncə MKTİB: “Sığınacağın büdcəsi ianə hesabına formalaşdırılmalıdır”
28 yanvar 2025, 17:30
- +

Gəncə MKTİB: “Sığınacağın büdcəsi ianə hesabına formalaşdırılmalıdır”

 

Xəbər verdiyimiz kimi, Gəncədə sahibsiz itlər üçün tikilən “Yuva” sığınacağı artıq fəaliyyət göstərmir. Sözügedən məsələ ilə bağlı məlumatı redaksiyamıza müəssisənin rəhbəri Yaqub Abbasov bildirib.

Onun sözlərinə görə, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən dörd aya yaxındır işçilərin maaşları və heyvanlar üçün lazım olan məhsullar üçün ödəniş olunmayıb.

Gencexeber.az-a sözügedən məsələyə aydınlıq gətirmək üçün Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat xidməti bildirib ki, şəhərdə sahibsiz küçə heyvanları üçün yaradılan “Yuva” sığınacağı 2023-cü ildə Gəncə İctimai İştirakçılıq Məclisinin ideya və təşəbbüsü, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Kəpəz Bələdiyyəsi və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dəstəyi ilə yaradılıb.

Həmçinin əlavə edilib ki, qurumun büdcəsi toplanan ianələrdən formalaşmalı və öz ehtiyaclarını ödəməli idi: 

“İctimai əsaslarla və ianə hesabına formalaşdırılan “Yuva” adlı sığınacağa ilkin olaraq, dəstək məqsədilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 1 ildən çox maddi və texniki yardım göstərilib. Bununla belə, Gəncə şəhər MKTİB-nin rəsmi olaraq “Yuva” adı ilə fəaliyyət göstərən sığınacaqda işçilərin əmək haqqının davamlı ödənilməsi, orada saxlanılan heyvanlar üçün yemək, qısırlaşdırma əməliyyatı üçün narkoz və digər tibbi vasitələrin alınnması üçün heç bir öhdəliyi olmayıb. Bir daha xatırladırıq ki, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə sahibsiz küçə heyvanları üçün yaradılan “Yuva” adlı sığınacağın büdcəsi toplanan ianə hesabına formalaşdırılmalıdır”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Çaykənd Qızılbalıqartırma Zavodu yenidən qurulacaq

Bütün xəbərlər
Bu gün, 17:00

Gəncənin 39 saylı məktəbində azyaşlılar ailəlikcə təhqir edilir – İDDİA

Bütün xəbərlər
Bu gün, 16:34

Gəncənin yanğınsöndürənləri Xankəndidə işə başlayır

Bütün xəbərlər
Bu gün, 16:09

Minskdə Gəncə Avtomobil Zavodu ilə MAZ arasında saziş imzalandı

Bütün xəbərlər
Bu gün, 15:35

Tələbəni bıçaqlayan şəxsə şərti cəza verildi

Bütün xəbərlər
Bu gün, 14:59

DYP hava ilə əlaqədar müraciət edib

Bütün xəbərlər
Bu gün, 14:27

Bazar günü 53 minə yaxın şagird imtahan verəcək

Bütün xəbərlər
Bu gün, 13:51

Dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:17

ATU-nun təşkilatçılığı ilə forum keçiriləcək

Bütün xəbərlər
Bu gün, 12:44

Gəncəli tiktoker "Eliş"in cinayət əməli məlum oldu

Bütün xəbərlər
Bu gün, 12:12

Vətən müharibəsi Qəhrəmanının atası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:32

Gəncədə iş axtaranların NƏZƏRİNƏ

Bütün xəbərlər
Bu gün, 10:39

Gəncədə mövsümü güllər əkilir

Bütün xəbərlər
Bu gün, 09:53

Gəncədə məktəbə aparan yolun vəziyyəti ACINACAQLIDIR

Bütün xəbərlər
Bu gün, 09:17

Minik avtomobili ilə traktor toqquşub, xəsarət alanlar var

Bütün xəbərlər
Dünən, 18:00

Küləklə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 17:12

"Kəpəz"in həkimi hər kəsi təəccübləndirdiyi görüntüdən danışıb

Bütün xəbərlər
Dünən, 16:40

AYNA daha 9 istiqamət üzrə keçirilən müsabiqələrin qaliblərini açıqlayıb

Bütün xəbərlər
Dünən, 16:03

Əhaliyə 52 milyon manata yaxın ƏDV geri qaytarıldı

Bütün xəbərlər
Dünən, 15:33

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Tarix
Dünən, 14:59

Azərbaycanın ilk milli siyasi firqəsi Gəncədə yaradılmışdı: "Qeyrət" partiyası

Bütün xəbərlər
Dünən, 14:22

Köhnə Səbiskar qəbiristanlığında asfalt çəkilir

Bütün xəbərlər
Dünən, 13:46

Ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 13:09

Gəncədə güclü zəlzələ olacaq? - AÇIQLAMA

Oxşar xəbərlər