top
Gəncə İH Gencexeber.az-ın sualını CAVABLANDIRDI - amma SUALLAR QALDI
31 oktyabr 2024, 17:13
- +

Gəncə İH Gencexeber.az-ın sualını CAVABLANDIRDI - amma SUALLAR QALDI

 

Gəncə şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının ilk Baş prokuroru İsmət Qayıbovun doğulduğu və qırmızı kərpicdən tikilmiş binanın zədələnməsi il bağlı açıqlama verib.

Xəbər verdiyimiz kimi, tikilinin qarşında olan çinarların budaqları güclü külək zamanı İsmət Qayıbov küçəsi, 9 ünvanında yerləşən tarixi binanın fasadını və damını zədələyib.

Qurumdan redaksiyamıza bildirib ki, həmin bina xüsusi mülkiyyətdədir. Buna görə də təmir-bərpa işləri qanunla mülkiyyətçinin vəsaiti hesabına aparılmalıdır.

“Hörmətli “Gencexeber.az”, məlumat üçün bildiririk ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun VI fəslinin (Mühafİzə məqsədİlə abİdələrdə aparılan inşaat-möhkəmləndİrmə və abadlıq işlərİ) 25-ci maddəsinə (Mühafizə məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması) uyğun olaraq, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar inşaat-möhkəmləndirmə və abadlıq işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.

Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, 9 ünvanında yerləşən sözügedən bina “Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi” kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən qeydiyyata alınıb. Bina xüsusi mülkiyyətdədir”, - Gəncə şəhər İH-dən açıqlanıb.

Bundan başqa qeyd olunub ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Gəncə şəhərində yerləşən tarixi abidələrin ətrafında bitən və abidələrə zərər vuran ağaclarla bağlı siyahı tərtib edilərək, budanması və ya götürülməsi məqsədi ilə müvafiq rəyin verilməsi üçün 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət ünvanlayıb. İdarə tərəfindən qeyd olunan ağaclara yerində baxış keçirildikdən və müvafiq rəy verildikdən sonra onların budanması və ya götürülməsi həyata keçirilə bilər.

Bu açıqlamaya əsasən, yaranmış vəziyyətə görə Gəncə İH məsuliyyət daşımır. Amma…

Sonda isə, Gencexeber.az olaraq, bizə qaranlıq qalan bəzi ünvansız sualları, ritorik də olsa, səsləndirmək istərdik (kim bilir, bəlkə cavab da ala bildik):


  1. Mülkiyyət sahibi təmirə razı olmasa və ya müvafiq məsuliyyətli qurumlar üzrələrinə düşən vəzifələri layiqincə yerinə yetirməsələr, sözügedən tarixi bina tamamən yer üzündən silinməlidirmi? Və İH buna sadəcə seyirci qalmalıdırmı?

  2. Bu hal davam edərsə, Gəncə sakinləri sözügedən ərazidən keçməmişdən öncə vəsiyyətlərini yazmalıdılarmı?

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:25

15 yaşlı qızı qaçırdı, ata olacaq - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:05

"Kəpəz"in futbolçusu Türkiyədə əməliyyat edildi

Bütün xəbərlər
Dünən, 14:16

Sabah 20 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:39

Asiya İnkişaf Bankı: "Azərbaycanda qida inflyasiyası artacaq"

Bizim fəxrimiz
Dünən, 12:45

Gəncəli bahadır 22 yaşında "BÖYÜK məşqçi" adına layiq görülüb

Bütün xəbərlər
Dünən, 11:48

Gəncədə 12 nömrəli məktəbin təmirə ehtiyacı var

Bütün xəbərlər
Dünən, 11:16

Gəncədə 50 yaşlı kişi intihar edib

Bütün xəbərlər
Dünən, 10:17

Gəncədə Vaqo və Mahrunun PULSUZ konserti olacaq

Bütün xəbərlər
09 aprel 2026, 18:00

AFFA Ehtiram Quliyevi cəzalandırdı

Bütün xəbərlər
09 aprel 2026, 17:54

Gəncədə qadın sürücü həmcinsini vurdu

Bütün xəbərlər
09 aprel 2026, 17:38

Gəncə şəhər stadionunda ot örtüyü salınır? – İDDİA

Bütün xəbərlər
09 aprel 2026, 17:23

Goranboylu idmançının xarab olmuş medallı yenilənib

Bizim fəxrimiz
09 aprel 2026, 17:01

17 yaşlı cüdoçumuz uğur qazandı

Bütün xəbərlər
09 aprel 2026, 16:12

Övladlarından imtina edən ata alkoqol aludəçisidir - YENİLƏNİB

Bütün xəbərlər
09 aprel 2026, 15:55

Ərzaq bazarında nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
09 aprel 2026, 14:56

Sabah 22 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
09 aprel 2026, 14:23

Gəncədə hava limanı yolu TƏMİZLƏNİB

Bütün xəbərlər
09 aprel 2026, 13:51

Gəncədə işsizlərin ümidi puç oldu: Yarmarkada CƏMİ BİR vakansiya – İDDİA

Bütün xəbərlər
09 aprel 2026, 13:17

Prokuror Şahin Şıxlinski və oğluna 9 il həbs cəzası istəyib

Bütün xəbərlər
09 aprel 2026, 12:26

Azərbaycanda son sutkada 5 zəlzələ oldu

Bütün xəbərlər
09 aprel 2026, 12:00

Gəncə Regional Kollecinə TƏYİNAT

Bütün xəbərlər
09 aprel 2026, 11:24

Musiqi üstündə qonşusunu DÖYDÜ

Bütün xəbərlər
09 aprel 2026, 11:02

Gəncədə ötən il 793 ailə dağılıb

Bütün xəbərlər
09 aprel 2026, 10:02

Gəncədə pulsuz sərgi keçiriləcək

Oxşar xəbərlər