top
“Azərbaycan Atabəyləri” filmində Gəncədə baş vermiş hansı faciədən bəhs edilib? - VİDEO
05 yanvar 2025, 20:00
- +

“Azərbaycan Atabəyləri” filmində Gəncədə baş vermiş hansı faciədən bəhs edilib? - VİDEO

 

Azərbaycanda yeni çəkilən “Azərbaycan Atabəyləri” filmində XII əsrdə baş verən Gəncə zəlzələsindən bəhs edilib.

Bəs bu gün Gəncənin tarixində sözügedən ağır dövr haqqında nə məlumdur?

Gencexeber.az məlumat üçün bildirir ki, Atabəylər dövlətinin Azərbaycan ərazisinə hökmranlığı dövründə (1136-1225-ci illər), 30 sentyabr 1139-cu ildə Gəncə və onun ətraf bölgələrində 9 ballıq zəlzələ baş verib. Bu təbii fəlakət nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə Göygöl, Maralgöl, Ceyrangöl və s. göllər yaranıb. Zəlzələdən sonra Gəncə yenidən, dağılmış şəhərdən şərqdə salınıb.

Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi Mxitar Qoş bu zəlzələni belə təsvir edib: “…(30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı”.

Ərəb tarixçisi İbn əl-Əsir zəlzələ haqda yazır: “534-cü ildə (1139) Gəncədə, Azərbaycan və Arranın başqa dairələrində zəlzələ oldu. Lakin ən güclü zəlzələ Gəncədə baş verdi. Orada çoxlu evlər dağıldı və saysız-hesabsız əhali həlak oldu”.

Tarixçi Ziya Bünyadov “Azərbaycan Atabəylər dövləti” kitabında həlak olanların sayından yazıb: “Gəncədə zəlzələ zamanı həlak olanların sayı bir məlumata görə, 230 min nəfər, başqa məlumatlara əsasən isə 300 min nəfərə çatır. Həm İbn əl-Əsir, həm də Əl-İsfahani (alim) bu dəhşətli zəlzələnin demək olar ki, müasirləri olmuş və hətta onlar əgər həlak olanların sayını ikiqat artırsalar belə, yenə də rəqəm 150 min nəfərə yaxın olur. Əgər şəhər əhalisinin yarısının həlak olduğunu fərz etsək, onda heç bir şübhə yoxdur ki, Gəncədə həmin dövrdə 300 mindən çox əhali var imiş”.

Atabəylər dövlətinin canişini, Qara Sunqur, az müddətdə əhalinin köməyi ilə şəhəri bərpa etdi. Zəlzələnin dağıntıları 2-3 il ərzində aradan qaldırıldı. Ziya Bünyadov yazmışdır ki, əgər zəlzələ zamanı Gəncə əhalisinin yarıdan çoxu həlak olsaydı, bu bərpa işləri mümkün olmazdı.

Azərbaycan arxeoloqu və etnoqrafı İshaq Cəfərzadə qeyd edir ki, zəlzələnin dağıntıları gəncəlilər tərəfindən ləğv olunmuşdu və sağ qalanların sayı həlak olanların sayından az deyildi.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:04

Qadın futbolçumuz Almaniya klubuna TRANSFER OLUNDU

Bütün xəbərlər
Bu gün, 15:28

Direktorlar imtahan verdi

Bütün xəbərlər
Bu gün, 14:04

Qohumu ilə oğurluq edən şəxs məhkəmə zalında həbs edildi

Bütün xəbərlər
Bu gün, 13:25

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:34

Gəncə mühüm yarışa ev sahibliyi edəcək

Bütün xəbərlər
Bu gün, 11:49

Gəncədə mağazaları talayan dəstənin üzvləri tutuldu

Bütün xəbərlər
Bu gün, 11:15

Gəncədə 22 yaşlı qız dəm qazından zəhərlənib

Bütün xəbərlər
Bu gün, 10:47

BDYPİ sürcülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 17:37

Kamran Əsədov Gəncədə həbs edildi

Bütün xəbərlər
Dünən, 17:07

Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

Bütün xəbərlər
Dünən, 16:29

Gəncədə Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 15:48

Ötən il ölkədə 90 ERKƏN NİKAHA cəhd olub

Bütün xəbərlər
Dünən, 15:13

Gəncəli Milli Qəhrəman boşanıb

Bütün xəbərlər
Dünən, 13:26

Sabah şaxta olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:41

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 11:55

Gəncədə zibilliyə çevrilən DAYANACAQ

Bütün xəbərlər
Dünən, 11:11

İnternet provayderi cərimələndi

Bütün xəbərlər
Dünən, 10:31

ADAU-da maaşlar 10 faiz artırılıb

Bütün xəbərlər
Dünən, 09:57

Gələn həftə məktəblərdə qış tətili başlayır

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb

Bütün xəbərlər
22 yanvar 2026, 18:27

Dəhşətli görüntü - 11 yaşlı uşaq və anası küçədə yaşayır

Bütün xəbərlər
22 yanvar 2026, 18:00

Gəncədə olan cərrah Bakıda əməliyyat apara biləcək

Bütün xəbərlər
22 yanvar 2026, 17:45

Gəncədə zəncirvari qəza olub

Bütün xəbərlər
22 yanvar 2026, 16:28

Kamran Əsədovun növbəti məhkəmə prosesi başladı

Oxşar xəbərlər