top
Gəncə Kukla Teatrının direktoru: “İndikilər modern teatr və tamaşa görmək istəyirlər” - ÖZƏL MÜSAHİBƏ
14 mart 2025, 16:59
- +

Gəncə Kukla Teatrının direktoru: “İndikilər modern teatr və tamaşa görmək istəyirlər” - ÖZƏL MÜSAHİBƏ

 

Gencexeber.azın bugünkü müsahibi Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar incəsənət xadimi Fərmayil Paşayevdir.

Müsahibəni təqdim edirik:

- Fərmayıl bəy, özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

- 1966-cı ildə anadan olmuşam. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasını bitirdim. 1987-1991-ci illərdə Texniki Universitetin “Ülvi” rəqs kollektivinin rəhbəri oldum. 1991-1998-ci illərdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Göy göl” mahnı və rəqs ansamblında artist-rəqqas kimi çalışdım. 1998-ci ildə  Gəncə Dövlət Kukla Teatrında aktyor vəzifəsinə təyin olundum. 1999-cu ildə C.Məmmədquluzadənin “Poçt qutusu” eyni adlı hekayəsinə verdiyim quruluşdan sonra quruluşçu rejissor kimi fəaliyyət göstərdim. 2000-ci ildə Gəncə Dövlət Kukla  teatrına baş rejissor təyin olundum.

Peşəkar səhnədə xeyli sayda tamaşaya quruluş vermişəm. Ə.Səmədlinin “Artıq tamah baş yarar”, ”Cırtdan”, R.Həsənlinin “Ağca və Sarıca”, M.Seyidzadənin “Büllur qəsr”, R,Əlizadənin “Keçəlin toyu”, ”Hamam, hamam içində”, F,Tarverdiyevin “Oğul Noğul”, Xalq nağılı “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Göyçək Fatma”, A.Əlizadə “Toya gecikən tülkü”, H.X.Andersenin “Qar Kraliça”, B.Zvinin “Taxta Kral”, A.S.Ekzüperinin “Balaca Şahzadə”, N.Gəncəvinin “Xeyir və  Şər”, A.S.Puşkinin “Qızıl balıq”, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah”, “Xırs quldurbasan”, C.Rodarinni “Çippolino”, S.İbrahimlinin “Səlim və Sehirbaz” və s. bu kimi tamaşalardandır. Bir çox  Beynəlxalq festivalların iştirakçısı olmuşam. 2018-ci ildə Gəncə Dövlət Kukla Teatrına direktor təyin olundum.

25 iyun 2013-cü ildə “Fəxri Mədəniyyət işçisi”, 7 mart 2014-cü ildə “Əməkdar artist” adlarına, 1 may 2017-ci ildə isə “Prezident Mükafatı”na layiq görüldüm.

- Ailənizdə sizdən başqa incəsənətlə məşğul olan varmı?

- Ailədə məndən başqa incəsənət ilə məşğul olan yoxdur. İncəsənətə yalnız mənim marağım olub.

-Ümumiyyətlə Kukla Teatrını digərlərindən fərqləndirən xüsusiyyət varmı?

- Kukla teatrı dram teatrından tam fərqlidir. Bəzən bu teatrda ən incə bir kuklanı aktyor canlandıra bilir. Çünki o, arakəsmənin arxasında dayanır. Amma dram teatrında bu prosesi etmək olmur. Dram teatrından fərqli olaraq səhnədə danışan zaman və ya boşluq yaranarkən aktyor gülümsəyə, başqa hərəkət edə bilər. Amma Kukla Teatrında əşyaları, kuklaları canlandırırıq və onlarla işləyirik. Kukla tamaşalarının da növləri var. İpli, əlcək, qolçaq, maska, parket, kölgə - bu tip kuklalarla tamaşalarımız var.

- Gəncə Kukla Teatrının repertuarında hansı növ tamaşalar yer alır? Uşaqlara yönəlik tamaşalardan başqa, böyüklər üçün də müəyyən tamaşalar var?

- Bəli, olur. Ümumiyyətlə bizim teatrda 7-dən tutmuş 77-ə qədər tamaşalar olur. Teatrımızda “Xeyir və Şər” tamaşası da oynanılıb. Yerli yazarlar ilə yanaşı xaricilərin də tamaşalarına üstünlük verilir.

- Teatrlarda rejissor çatışmazlığı olduğu deyilir. Siz bu barədə nə düşünürsünüz? Hazırda teatrınızda aktyor və ya rejissor çatışmazlığı varmı?

- Teatrımızda yetərincə aktyor və rejissor var. Bir kukla teatrı aktyoru yetişdirmək üçün illər lazımdır. Biz illər içərisində o aktyorları yetişdirmişik. Bu gün teatrın rejissoru da, aktyoru da var. Mən özüm teatrda 18 il baş rejissor olmuşam.

Biz Dram Teatrından kimisə dəvət etməmişik. Təcrübəmizdə olmayıb. Yəqin ki, gələcəkdə bu təcrübədən bəhrələnərik.

- Teatrlara maraq, teatrlarımızın indiki səviyyəsi sizi qane edirmi?

- İndiki tamaşaçı müasir teatr istəyir. Yeni üslubda hazırlanmış tamaşa istəyir. Modern bir teatr və tamaşa görmək istəyir. Biz də çalışırıq ki, zamanla ayaqlaşaq. Tamaşaçılarımızın tələbini və tələbatını ödəyə biləcək bir tamaşalar hazırlayaq.

Bu gün tamaşaçı axınımız var. Nə qədər ki, ailələrdə körpələr var, kukla teatrları yaşayacaq. Çünki bizim daimi tamaşaçılarımız onlardır.

- Teatr aktyorları maaşdan şikayətlənirlər. Siz bu barədə nə düşünürsünüz?

- Düzdür, teatrlarda maaş azdır. Amma nə edə bilərik ki? Zamanın tələbi budur. İndi budur. Bəlkə nə zamansa dəyişiklik olar, aktyorların maaşları yüksələr. Lakin bugünkü gün üçün həqiqətən də çox azdır.

- Hansı yeniliklər olacaq?

- Yaxın günlərdə alman xalq nağılı əsasında hazırlanmış “Üç donuz balası” tamaşası oynanılacaq. Vüqar Haqverdiyevin “Qarınqulu ayı”, 3-6 yaş arasında olan tamaşaçılar üçün nəzərdə tutulub. Vətən müharibəsinə həsr olunmuş “Can nənə, bir nağıl de” tamaşasını ilin sonuna qədər təhvil verəcəyik. “Çəkməli pişik” tamaşasını repertuara daxil etmişik. İlin sonuna qədər bu tamaşalar təhvil veriləcək.

- Gəncə Kukla Teatrında nə kimi problemlər var?

- Teatrda heç bir problem yoxdur.

- Sizcə, teatrın əsas məqsədi nə olmalıdır?

- Bizim balaca tamaşaçılarımızı maarifləndirmək. Vətənə, torpağa, elinə, obasına, ataya, anaya sevgini aşılamaqdır.

- Teatrın daha geniş auditoriyaya yetişməsi və cəmiyyətdə daha çox tanınması üçün hansı addımlar atılmaqdadır? Festivallarda iştirak edirsinizmi?

- Teatr beynəlxalq festivallarda iştirak etməli və özünü sübut etməlidir. Gəncə Dövlət Kukla Teatrı da sayı-hesabı olmayan festivallara qatılıb. Son festivalımız oktyabrda Qazaxıstanın Almatı şəhərində oldu.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Bu gün, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Bu gün, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Bu gün, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
Dünən, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
Dünən, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
Dünən, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
Dünən, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
Dünən, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
Dünən, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
Dünən, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
Dünən, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Bütün xəbərlər
18 sentyabr 2026, 17:06

Çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:34

AFFA Gəncədə məşqçilik kursu təşkil edəcək

Bütün xəbərlər
18 sentyabr 2026, 15:56

Bu xəstəlik Azərbaycanda sürətlə artır – RƏSMİ RƏQƏMLƏR

Bütün xəbərlər
18 sentyabr 2026, 15:15

"Turan Tovuz"un qapıçısı Azərbaycan millisinə qarşı oynaya bilər

Bütün xəbərlər
18 sentyabr 2026, 14:39

"Sən arvadının canı, təmiz yu" sözünə görə d*va düşdü - 3 illik cəza

Bütün xəbərlər
18 sentyabr 2026, 14:05

Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
18 sentyabr 2026, 12:56

Gəncədə yeni inşa olunan məktəbin ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
18 sentyabr 2026, 12:16

Gəncənin mərkəzində binanın fasadında çatlar yaranıb - ŞİKAYƏT

Bütün xəbərlər
18 sentyabr 2026, 11:04

Gəncədə təhlükəli çinar ağacının budaqları kəsildi

Oxşar xəbərlər