Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə məktəbli məktəblini bıçaqlayıb. Yeniyetmələr arasında münaqişə söyüş səbəbindən baş verib.
Gencexeber.az-ın əldə etdiyi məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M.Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, məktəblilərin hər ikisi Gəncə şəhər 21 nömrəli tam orta məktəbin şagirdləridir.