top
Yaxın 10 ildə ən çox pul gətirəcək sahələr - Çox gəlir əldə etmək üçün övladımızı hara yönəldək?
15 dekabr 2024, 12:00
- ↺ +

Yaxın 10 ildə ən çox pul gətirəcək sahələr - Çox gəlir əldə etmək üçün övladımızı hara yönəldək?

 

Düzgün peşə seçimi insanın gələcək həyatına təsir edən ən önəmli amillərdən biridir. Bu səbəbdən də müxtəlif nüfuzlu qurumlar və təşkilatlar gələcəyin ən perspektivli və gəlirli peşələri ilə bağlı araşdırmalar aparır. Tədqiqatlar texnologiya, iqtisadiyyat və əmək bazarındakı dəyişikliklərə əsaslanır.

Baku.ws xəbər verir ki, növbəti 10 ildə ən çox tələb olunan, gəlirli sahələr və ixtisaslar bunlardır:


  1. Süni İntellekt (AI) Mühəndisi

  2. Məlumat Alimi (Data Scientist)

  3. Kiber Təhlükəsizlik Mütəxəssisi

  4. Yenilənə Bilən Enerji Mühəndisi

  5. Genetika Mühəndisi


Bəs görəsən, bu ixtisasların Azərbaycanda təlim və tədrisi hansı səviyyədə aparılır? Gələcəkdə uğurlu iş adamı olmağı, yüksək gəlir qazanmağı hədəfləyən bu günün şagirdləri qarşılarına hansı məqsədləri qoymalıdır?

Məsələ ilə bağlı açıqlama verən Təhsil Eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda gələcəkdə yüksək gəlir və geniş iş imkanları təqdim edən peşələr arasında Süni İntellekt (AI) mühəndisliyi, məlumat alimliyi (Data Scientist), kiber təhlükəsizlik mütəxəssisi, yenilənə bilən enerji mühəndisliyi və genetik mühəndislik ön plandadır. Bu ixtisaslar həm texnologiya, həm də elmi sahələrdə əhəmiyyətli mövqeyə malikdir və qlobal miqyasda böyük tələbat var.

Əsas universitetlər

Onun sözlərinə görə, Azərbaycanda bu sahələrin tədrisi mövcuddur, lakin bəzi sahələrdə proqramlar daha geniş inkişaf etdirilməlidir. Süni intellekt və məlumat alimliyi üzrə təhsil daha çox kompüter elmləri və proqramlaşdırma fakültələrində təqdim olunur. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və ADA Universiteti bu sahədə əsas universitetlərdir. Proqramlaşdırma, məlumat analitikası və maşın öyrənməsi kimi mövzular tədris olunur. Keçid balları tələb olunan proqrama görə dəyişir və adətən yüksək olur, çünki bu sahələrə maraq böyükdür.

Kiber təhlükəsizlik sahəsi

"Kiber təhlükəsizlik sahəsində təhsil əsasən Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mövcuddur. Burada məlumatların qorunması, şəbəkə təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə kimi mövzular tədris olunur. Bu sahədə iş imkanları artmaqda olduğu üçün tələbələrin marağı da çoxdur.

Yenilənə bilən enerji mühəndisliyi

Yenilənə bilən enerji mühəndisliyi üzrə ixtisaslar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində daha geniş yayılıb. Bu proqramlar enerji mənbələrinin effektiv istifadəsi, alternativ enerji texnologiyaları və davamlı inkişaf mövzularını əhatə edir. Hazırda qlobal miqyasda yaşıl enerji trendləri güclənir və bu, Azərbaycanda da potensial iş imkanları yaradır.

Genetik mühəndislik sahəsi

Genetik mühəndislik sahəsində təhsil əsasən Azərbaycan Tibb Universitetində mövcuddur. Burada genlərin quruluşu, funksiyası və texnologiyaların tətbiqi üzrə dərslər tədris edilir. Tibb və biotexnologiya sahələrində genetik mühəndislik üzrə mütəxəssislərə böyük ehtiyac var. Bu ixtisaslara keçid balları yüksəkdir, çünki tələbə marağı çoxdur və rəqabət böyükdür".

Gələcəyin ixtisası üçün mühüm fənlər

Ekspertin fikrincə, bu sahələrə hazırlaşmaq üçün şagirdlər müəyyən fənlərə xüsusi diqqət yetirməlidirlər. Riyaziyyat bu peşələrin əksəriyyətində analitik düşüncəni inkişaf etdirmək üçün zəruridir:

"Fizika, mühəndislik sahələrindəki fundamental anlayışları mənimsəmək üçün vacibdir. Kimya və biologiya isə genetik mühəndislik və biotexnologiya sahələrində əsas biliklər təmin edir. İnformatika və proqramlaşdırma da həm süni intellekt, həm də məlumat alimliyi sahələrində müvəffəqiyyət üçün əhəmiyyətlidir. İngilis dili isə qlobal bazara çıxış və beynəlxalq elmi resurslardan istifadə üçün mühüm əhəmiyyət daşıyır".

"Azərbaycanda bu sahələrin inkişafı və tədrisin genişləndirilməsi, həmçinin bu istiqamətlərdə təhsil alan tələbələr üçün daha çox təqaüd və təcrübə imkanlarının yaradılması gələcəkdə ölkənin texnoloji və iqtisadi inkişafına böyük töhfə verə bilər. Şagirdlərə indidən bu istiqamətlərə yönəlmək tövsiyə olunur ki, gələcəkdə yüksək gəlirli və perspektivli peşələrə sahib ola bilsinlər", - deyə K. Əsədov vurğulayıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər