Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, "UAZ" markalı maşın "Changan" markalı avtomobillə toqquşub. Nəticədə Çin istehsalı maşın yolun kənarındakı reklam lövhəsinə çırpılıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.