Samux rayonunun Zazalı kəndində yanğın olub.
APA məlumat verir ki, ümumi sahəsi 36 kvadratmetr olan avtomobil təmiri sexinin içərisində yanğın baş verib. Burada təmirə dayanan “Volkswagen” markalı minik avtomobilinin mühərrik hissəsi, ön təkərləri və salonu qismən yanıb.
Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-nın briqadası tərəfindən söndürülüb.