Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə "Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu" təşkil olunacaq.
Gencexeber.az bildirir ki, bu barədə ADAU məlumat yayıb.
Forumun keçirilməsində əsas məqsəd regionda startapların və innovativ sahibkarlıq potensialının inkişaf etdirilməsidir. Tədbir çərçivəsində "Universitetlərin innovasiya ekosistemində rolu" və "Müasir sahibkarlıq innovasiyaları rolu" mövzusunda iki panel müzakirənin təşkili nəzərdə tutulub.
Forum Heydər Əliyev Mərkəzində 19 dekabrda saat 11:00-da baş tutacaq.