Oktyabrın 17-dən 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntıların qərb bölgəsinin ayrı-ayrı yerlərində leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.